Avropa İttifaqı banklara rekord məbləğdə cərimə kəsdi
“Qara siyahı”ya həm Avropa, həm də başqa qitələrin bankları düşüb.Dünən Avropa Antiinhisar qurumu 3 bankı - İtaliyadan UniCredit, İsveçrədən UBS və Yaponiyadan Nomuranı rekord məbləğdə - 371 milyon avro (453 milyon dollar) cərimələyib.
Marja xəbər verir ki, Avropa Komissiyası adıçəkilən bankları əlavə 4 investisiya bankı ilə birlikdə 2007-2011-ci illərdə maliyyə karteli yaratmaqda, razılaşdırılmış qiymətlərlə istiqraz və qiymətli kağızların ticarəti ilə məşğul olmaqda və Avropa İttifaqının ədalətli rəqabət qaydalarını pozmaqda günahlandırır.
“Maliyyə böhranının ortasında, əksər bankların dövlətlərdən irihəcmli yardımlar alaraq, güclə ayaq üstə dayanmağa çalışdığı bir vaxtda investisiya banklarının Avropa İttifaqına Üzv Dövlətlərin hesabına varlanması qəbulolunmazdır.” - Avropa İttifaqının Rəqabət Komissarı Marqret Vestaqer bildirib. Avropa Komissiyasının rəsmi açıqlamasında qeyd olunur ki, yeddi investisiya bankı qanunsuz kartel yaradaraq, Avropa dövlətlərinin borc bazarında treydinqlə məşul olmuş, çat otaqları təşkil edərək, kommersiya baxımından həssas və bəzən məxfi məlumatlar paylaşmış, borc auksionlarında qiymətlə bağlı gizli razılaşmaya gəlmişdir.
“Bizim Bank of America, Natixis, Nomura, RBS, UBS, UniCredit və WestLB-ə qarşı qərarımız hamıya aydın mesajdır ki, Avropa Komissiyası heç bir qanunsuz sövdələşməyə qarşı tolerantlıq göstərməyəcək.” - Rəqabət Komissarı əlavə edib. Banklardan 4-nə xəbərdarlıq edilsə də, UniCredit, Nomura və UBS cərimə ödəməlidir. Nomura bankının sözçüsü bu əməllərlə məşğul olanların artıq çoxdan bankda çalışmadığını və qərardan apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildirib. UBS və UniCredit də apellyasiya haqqında düşünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















