Neft şirkətinin hakerlərə ödədiyi pulun məbləği ortaya çıxdı
ABŞ-da ən böyük neft boru xəttlərindən biri kiber hücum səbəbilə bağlanmışdı.
Marja xəbər verir ki, hücuma məruz qalmış ölkənin ən böyük neft tədarükçülərindən "Colonial Pipeline" şirkəti çıxış yolunu hakerlərə tələb etdikləri pulu ödəməkdə tapmışdı.
ABŞ mediasında şirkətin 5 milyon dollar ödədiyi iddia edilmişdi, ancaq gerçək miqdar ortaya çıxıb.
"Colonial Pipeline", 7 Mayda yaşanan hücum səbəbilə hakerlərə 4.4 milyon dollar ödəndiyini açıqlayıb.
Şirkətin sözcüsü, "Qərar asan verilmədi, amma edilməsi lazım olanı etdik. Milyonlarla amerikalı "Colonial"a güvənir", deyib.
FƏALİYYƏTİ DAYANMIŞDI
Houstondan Nyu York Limanına gündəlik 100 milyondan qallondan çox benzin və digər yanacaq daşıyan "Colonial Pipeline" boru xəttinin fəaliyyəti kiber hücum səbəbilə müvəqqəti dayandırılmışdı. ABŞ mediasında çıxan xəbərlərə görə, şirkət pulu, kriptovalyuta olaraq hakerlərə göndərib. Hakerlər ödənişi aldıqdan sonra, sistemdən xaric edilmiş kompüter şəbəkəsini geri yükləmək üçün bir proqram göndərmişdilər.
Hücumun ardından gündəlik 100 milyon qallondan çox yanacaq daşıyan boru xətti, təxminən 1 həftə fəaliyyətlərinə fasilə vermiş, bir çox ştatda yanacaq çətinliyi yaşanmışdı. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















