Bitkoin sürətlə dibə yuvarlandı - 280 MİLYARD DOLLAR “ƏRİDİ”
Bu, son 14 həftədə ən aşağı göstəricidir...Dünyanın 1 nömrəli kriptovalyutası Bitkoin dünən gün ərzində sürətlə - 13% ucuzlaşıb və 38,585 dollar təşkil edib.
Marja CoinDesk-ə istinadla xəbər verir ki, bununla da, Bitkoin fevralın 9-dan sonra bu il ərzində ikinci dəfə 40 min dolların altına düşüb. Nəticədə, hazırda 2,5 trilyon dollar təşkil edən kriptovalyuta bazarının dəyəri 280 milyard dollar azalıb. Xatırladaq ki, ötən ildən bəri 300%-dən çox bahalaşan ən dəbli kriptovalyuta bu il aprelin ortalarında tarixi rekorda - 65 min dollara çatmışdı. Daha sonra sürətlə dəyər itirən bitkoin son bir ayda təxminən 40% ucuzlaşıb.
Dünən Çinin üç bank və ödəniş qurumu xəbərdarlıqla çıxış edərək, maliyyə institutlarına virtual valyuta əməliyyatları aparmamağı tövsiyə edib. Mayın 12-də isə qalmaqallı Tesla rəhbəri Elon Mask ekoloji amilləri əsas gətirərək, bitkoindən ödəniş vasitəsi kimi istifadəni dayandırdıqlarını açıqlamışdı. Elə həmin gün bitkoin kəskin ucuzlaşmış, kriptovalyuta bazarı daha 300 milyard dollar dəyər itirmişdi.
Son proseslər digər kriptovalyutaların da ucuzlaşmasına səbəb olub. Ethereum blokçeyni əsasında qurulan Ether-in qiyməti dünən 15% azalaraq, 3001 dollarda qərarlaşıb. Zarafatla yaradılmış və Elon Maskın Tvitləri sayəsində dəyər qazanmış Dogecoin isə Coinmarketcap-ın məlumatına görə, 18% ucuzlaşaraq, 0,40 dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















