Bəzi fermerlərin dövləti aldatmaq istədiyi üzə çıxıb
Yazlıq və çoxillik əkinlərə görə subsidiya almaq üçün müraciətlərin müddəti mayın 31-də başa çatırKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerləri əkin bəyanı edərkən diqqətli olmağa və əkin planlarındakı dəyişiklikləri mayın sonunadək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etməyə çağırır.
Fermerlər tərəfindən sistemə bu günə qədər təxminən 65% bəyan daxil edilib. Bəyan prosesi mayın 31-də başa çatır.
Bu barədə Marja-ya daxil olan açıqlamada bildirilir.
AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) və AKİA-nın yerlərdə apardığı monitorinqlər zamanı bəzi fermerlərin real əkin ərazilərinin və əkdikləri bitkilərin onların EKTİS-dəki bəyanları ilə üst-üstə düşmədiyi aşkarlanıb: “Bu cür uyğunsuzluqların ortaya çıxması fermerin 1 və ya 2 il müddətinə subsidiyadan məhrum edilməsinə səbəb olur. Ona görə də fermerlər bəyanları düzgün etməlidilər”.
Hazırda paralel olaraq monitorinqlər də aparılır.
Subsidiya qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilib. Qaydalara əsasən, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5%-ə qədər olduqda subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir.
Fərq 5%-dən çox, 20%-dən az olduqda, veriləcək subsidiyanın məbləği 30% azaldılır. Fərq 20–50% olduqda cari il ərzində həmin fermerə subsidiya ödənilmir. 50%-dən çox fərq olduqda isə həm cari, həm də sonrakı il ərzində fermer subsidiya ala bilmir.
Qurum rəsmisi onu da əlavə edib ki, AKİA yazlıq və çoxillik əkinlərində (bağlar) hər hansı bir dəyişiklik etmiş fermerlərə EKTİS-də şəxsi kabinetlərinə daxil olub əkin bəyanlarında həmin yeniliyi də göstərməyi tövsiyə edir .
Qeyd edək ki, yazlıq və çoxillik əkinlər üçün bəyanlar fevralın 1-dən başlanıb və hazırda davam edir. Xatırladaq ki, fermerlər 31 may tarixinə qədər bütün bəyanları düzgün daxil etməlidilər. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























