Bank BTB pandemiyadan zərər çəkmiş sahibkarlara dəstək olmağa davam edir
®️ Bank BTB Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı həyata keçirilən dövlət dəstəyi tədbirlərində fəal iştirak edir.
Bu tədbirlər çərçivəsində Bank BTB Sahibkarlığın İnkişaf Fondu (SİF) ilə birgə pandemiyadan zərər çəkmiş sahibkarlara güzəştli kreditlər təqdim edir. Qeyd edilən kreditlərin maksimum məbləği 3 mln AZN, illik faiz dərəcəsi isə 15%-dək təşkil edir. Onu da qeyd edək ki, layihə üzrə verilən kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən subsidiyalaşdırılır. Kreditlər güzəşt müddəti 12 ay olmaqla 3 ilədək müddətə təklif olunur. Həmçinin sözügedən güzəştli kreditlərin 60%-dək hissəsinə dövlət tərəfindən zəmanət verilir.
Nəzərinizə çatdıraq ki, Bank BTB bu günə kimi pandemiyadan zərər çəkmiş sahibkarlara 2 mln 200 min AZN-dən artıq kredit vermişdir.
Güzəştli kredit əldə etmək istəyən sahibkarlar 0553000946 WhatsApp nömrəsinə (https://wa.me/994553000946), bankın filial şəbəkəsinə müraciət edə bilərlər.
Bankın məhsul, xidmət, kampaniya, ATM və xidmət nöqtələri barədə məlumat almaq istəyən şəxslər Bank BTB-nin rəsmi səhifəsinə www.btb.az, eləcə də Facebook (www.facebook.com/bankbtb), Instagram (www.instagram.com/bankbtb) səhifələrinə müraciət edə, və ya (012) 946 Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
8 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
12 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 19 d. əvvəl
-
22 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
25 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
26 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 30 d. əvvəl
- 36 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı




























