ABŞ neftin qiymətləri üzrə proqnozunu kəskin artırdı
Bu il ərzində ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin orta qiyməti üzrə proqnozunu 18,14% və ya 9,56 dollar yüksəldib.
EIA-ın yanvar-may ayları üzrə hesabatına görə, hesabat dövründə ən yüksən proqnoz həddi – bir barel üçün 62,28 dollar – aprel ayında qeydə alınıb, bu da may proqnozu ilə müqayisədə 0,02 dollar çoxdur. Ən aşağı proqnoz həddi EIA-ın yanvar ayı üçün dərc etdiyi hesabatda verilib – 52,7 dollar.
Bununla yanaşı, qurumun 2022-ci il üçün də “Brent” nefti üzrə verdiyi proqnozunda da kəskin artım müşahidə etmək olar. Belə ki, EIA-ın may hesabatında sözügedən neft markasının bir barel üçün qiyməti 60,74 dollar (il ərzində qeydə alınan pik proqnoz həddi) səviyyəsində proqnozlaşdırılır, bu da yanvarda verilən proqnozla müqayisədə 13,66% və ya 7,3 dollar çoxdur. Cari ilin yanvar ayında isə bu göstərici 53,44 dolar (minimal proqnoz həddi) təşkil edib.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Qeyd edək ki, 2020-ci ildə “Brent” neftinin orta qiyməti 41,69 dollar təşkil edib.
Hesablamalara görə, EIA-ın WTI markalı neftin orta qiyməti üzrə 2021-ci il üçün proqnozu il ərzində (yanvar-may ayları) 18,53% və ya 9,21 dollar artıb. Belə ki, il ərzində 2021-ci il üçün pik proqnoz həddi 58,91 dollar (may ayı), minimal proqnoz həddi isə 49,7 dollar (yanvar ayı) təşkil edib.
Hesablamalara əsasən, 2022-ci il üçün göstərici üzrə proqnoz 14,41% və ya 7,18 dollar artırılıb. İl ərzində 2022-ci il üçün pik proqnoz həddi 56,99 dollar (may ayı), minimal proqnoz həddi isə 49,81 dollar (yanvar ayı) təşkil edib.
Ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar səviyyəsində olub.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















