Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini bərpa etdi
Kəmər operatorunun yalnız xakerlərə haqq ödədikdən sonra sistemi yenidən tam gücü ilə işə salmaq üçün lazım olan kodları ala bildiyi iddia olunur.ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib.
Marja bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, adı açıqlanmayan hökumət rəsmisi xakerlərin istədiyi 5 milyon dolların onlara ödəndiyini təsdiq edib.
Xatırladaq ki, ötən həftənin cümə axşamı DarkSide adlı kibercinayətkar qrup 8800 km-dən artıq nəhəng yanacaq kəməri sisteminə müdaxilə edərək, onun işini iflic vəziyyətinə salmışdı. Yaydığı açıqlamasında haker qrupu “siyasətdən və geosiyasi oyunlardan kənar olduğunu, boru kəmərini yalnız pul qazanmaq məqsədilə iflic vəziyyətə saldıqlarını və hər hansı hökumətə bağlı olmadıqlarını” bəyan etmişdi. ABŞ hökuməti və Federal Təhqiqatlar Bürosu müvafiq araşdırmalara başlasa da, görünür bu tədbirlər lazımi nəticə verməyib.
Dünən prezident Bayden jurnalistlərin xakerlərə pul ödənilməsi ilə bağlı suallarını cavabsız qoyub. Ağ Evin mətbuat katibi Cen Psaki isə federal hökumətin belə ödənişləri etməmək mövqeyində qaldığını, bu cür presedentlərin daha çox kiberhücumları stimullaşdıra biləcəyini qeyd edib. Kiber təhlükəsizlik və yeni texnologiyalar üzrə milli təhlükəsizlik müşavirinin müavini Anne Neoyerberq isə bunun “özəl sektorun qərarı” olduğunu bildirib: “Biz anlayırıq ki, kiberhücum qurbanları çox zaman çıxılmaz vəziyyətə düşür və tələb olunan haqqı ödəməklə bağlı başqa çıxış yolları olmadıqda mümkün itkilər və qazanclar arasında seçim etməli olur. Colonial özəl şirkətdir və biz onların tələb olunan pulu ödəyib-ödəməməsi barədə məlumatı açıqlamamağa üstünlük veririk”.
Əslində bu hadisə kibertəhlükəsizliyin nə qədər vacib olması və ən inkişaf etmiş texnoloji dövlətlərin belə “yumşaq yerlərinin” mövcudluğu gerçəyini bir daha üzə çıxarıb. Operator şirkət hələlik məsələ ilə bağlı mətbuatın sorğularını cavablandırmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















