ABŞ büdcəsində 7 aylıq kəsir 1,9 trilyon dollara çatıb
ABŞ-da 2021-ci maliyyə ilinin yeddi ayı ərzində cəmi büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1,9 trilyon dollara yüksəlib. Büdcə kəsiri keçən ilin eyni dövründə 1,5 trilyon dollar səviyyəsində reallaşmışdı. ABŞ-ın federal hökumətinin büdcə kəsiri təkcə apreldə 226 milyard dollar olub.ABŞ Maliyyə Nazirliyi, aprel ayına dair büdcə hesabatını yayımlayıb.
Marja xəbər verir ki, 1 Oktyabr 2020-də başlayan və 30 Sentyabr 2021-də sona çatacaq 2021-ci maliyyə ilinin aprel ayında federal hökumətin büdcə kəsiri 226 milyard dollar olaraq hesablanıb. Büdcədə keçən ilin eyni ayında 738 milyard dollar kəsir yaranmışdı. Aprel ayında büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə 69,4% azalıb.
Bu dövrdə büdcə xərcləri keçən ilin eyni ayı ilə müqayisədə 32,2% azalaraq 664,8 milyard dollara geriləyib, büdcə gəlirləri 81,6% artımla 439,2 milyard dollar yüksəlib.
7 aylıq büdcə kəsiri 1,9 trilyon dollara çatıb
Ölkədə, 2021-ci maliyyə ilinin yeddi ayı ərzində cəmi büdcə kəsiri isə keçən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1,9 trilyon dollara çatıb. Büdcə kəsiri keçən ilin eyni dövründə 1,5 trilyon dollar səviyyəsində reallaşmışdı.
Maliyyə ilinin 7 ayındakı büdcə xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 22,5% artaraq 4,1 trilyon dollara yüksəlib, büdcə gəlirləri 16,1%-lik artımla 2,1 trilyon dollar olub.
ABŞ-ın büdcə kəsiri, 2020-ci maliyyə ilində Kovid-19 epidemiyası ilə əlaqədar 3,1 trilyon dollar olmaqla rekord səviyyəyə çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















