Ən iri yapon bankından rekord mənfəət - 45 MİLYARD DOLLAR
Bu göstərici ilə dünya üçüncüsüdür...Yaponiyanın iri transmilli maliyyə korporasiyası, Toyotadan sonra Yaponiyanın ən dəyərli ikinci şirkəti olan SoftBank 2021-ci ilin martında bitən fiskal ilin nəticələrinə dair göstəriciləri dərc edib.
Marja bankın rəsmi açıqlamasına istinadla xəbər verir ki, ümumi gəlirlər 7% artaraq, 5,2 trilyon yenə çatıb. Əməliyyat mənfəəti 970 milyard yen (6% artım), xalis mənfəət isə 4% artaraq 491 milyard yen (45 milyard dollar) təşkil edib. Bu göstərici ilə Yaponiyanın indiyə qədər ən böyük illik mənfəət gətirən şirkəti adını qazanıb. Həmçinin, 2020-ci ilin nəticələrinə əsasən, 57 milyard dollarla Apple və 49 milyard dollarla Saudi Aramco-dan qlobal miqyasda ən çox mənfəət əldə edən üçüncü nəhəng olub.
SoftBank 40 illik tarixə malik nəhəng yapon maliyyə korporasiyasıdır və texnoloji sahələrə ən çox investisiya yatıran şirkətlərdən biridir. Bank 100 milyard dollarlıq kapitalla dünyanın ən iri texnoloji vençur investisiya fondu olan Vision Fund-un sahibidir. SoftBank bir sıra mühüm texnoloji şirkətlərdə, o cümlədən Yahoo Japan (50%), Alibaba Group (29%), Uber (15%), Didi Chuxing (20%), T-Mobile (24%), Çinin “Facebooku” Renren (43%) və başqalarında iri paylara sahibdir.
Bankın əsas investorlarından olduğu Çinin ən böyük taksi xidməti Didi, Sinqapur və Şərqi Asiyanın ən iri kuryer xidməti Grab-ın, Koreyanın elektron ticarət nəhəngi Coupang-ın və ABŞ-ın bir nömrəli qida və ərzaq çatdırılma şirkəti DoorDash-ın il ərzində əldə etdiyi nəticələr də ümumi gəlirlərə kifayət qədər müsbət təsir göstərib. Baş direktor Masayoşi Son 2021-2022-ci maliyyə ilində gəlirləri daha da artıraraq 5,5 trilyon yenə, xalis mənfəəti isə 500 milyard yenə çatdırmağı hədəflədiklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















