Dünyanın ikinci ən böyük valyutasından yeni rekord
Bitcoinin bazar dəyərinin yarısına çatır....Qlobal kriptovalyuta bazarında Bitcoindən sonra dəyərinə görə ikinci yerdə qərarlaşan Ether son 24 saat ərzində bir qədər də bahalaşıb. Marja kriptovalyuta birjalarına əsasən xəbər verir ki, 7% yüksələn Ether 4000 dollarlıq həddi keçib və 4141 dollarda qərarlaşıb. Bununla da, ilin əvvəlindən 350%, təkcə aprel ayında 40% təşkil edən artım tempi Ether üçün mütəmadi hala çevrilib.
CoinMetricsin məlumatına görə, Bitcoin aprelin əvvəlində əldə etdiyi tarixi 65 min dollarlıq rekorddan sonra sürətlə ucuzlaşmağa doğru gedir. Ether isə inamla irəliləyərək hazırda Bitcoinin 1,1 trilyon dollarlıq bazar qiymətinin yarısına çatmaqdadır - 476 milyard dollar. CoinMarketCap kriptovalyuta bazarının ümumi dəyərinin 2,5 trilyon dollar təşkil etdiyini bildirir.
Xatırladaq ki, bütün dünyada mərkəzi bankların COVID-19 pandemiyasından xilas olmaq üçün daha çox stimullaşdırma paketləri tətbiq etdiyi və daha çox kağız valyuta çap etdiyi halda, Tesla və bəzi digər şirkətlər alternativ hedc aləti kimi ilin əvvəlindən Bitcoinə yatırım etməyə başladılar. Goldman Sachs və Morgan Stanley kimi Wall Street-in iri bankları da zəngin müştərilərinə Bitcoin təklif edirdilər. Nəticədə 1 nömrəli kriptovalyuta görünməmiş sürətlə “şişdi”.
Lakin fərqli düşünən investorlar və ekspertlər də kifayət qədərdir. Bank of America-nın baş investisiya strateqi Maykl Hartnett Bitcoini “partlamağa hazır olan bütün köpüklərin anası”adlandırır. Alternativ investisiyalar üzrə məsləhətçi şirkət Alvine Capita-ın İnvestisiya Komitəsinin sədri Stefen İsaaks isə Bitcoinin arxaaında heç bir fundamental məhsul dayanmadığını və buna görə mütləq enişə məhkum olduğunu iddia edir.
Ether Bitcoindən fərqli olaraq, təkcə blokçeynə əsaslanan rəqəmsal valyuta deyil, həm də bir çox kriptovalyutaları özündə cəmləşdirən proqram təminatı platformasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















