ABŞ iqtisadiyyatının şah damarı çökdü, fövqəladə vəziyyət elan olundu
Həftəsonu baş verən kiberhücum ABŞ-ı silkələyib...ABŞ-da həftəsonu ölkənin ən iri yanacaq boru kəmərində baş verən irimiqyaslı problem yeni iş həftəsində ciddi problemlər yarada bilər. Marja xəbər verir ki, ABŞ-ın cənubundan - Meksika körfəzi və Texasdan başlayaraq, şimal-şərq sahilinə - Linden, Nyu-Cersi və Nyu-Yorka qədər 5500 mil (8850 km) məsafədə uzanan və günlük 2,5 milyon barrel yanacaq nəql edən Colonial Pipeline Systems boru kəmərinin idarəetmə proqramı kiberhücuma məruz qalıb. Nəticədə kəmərin operatoru olan Colonial Pipeline Company ABŞ iqtisadiyyatının ən vacib infrastrukturlarından birinə müdaxilənin qarşısını almaq üçün sistemi tamamilə dayandırmalı olub.
ABŞ hökuməti problemi aradan qaldırmaq və kəskin mənfi nəticələrin qarşısını almaq üçün dünən axşam fövqəladə vəziyyət elan edib. Nəqliyyat Nazirliyinin açıqlamasında 50 milyon amerikalını benzin, dizel və təyyarə yanacağı ilə təmin edən kəmərin fəaliyyəti bərpa olunana qədər yanacaq qıtlığı problemini həll etmək üçün quru nəqliyyatı ilə yanacaq daşınmasına qoyulan limitlərin müvəqqəti götürüldüyü bildirilib. Hazırda operator şirkət, ABŞ Nəqliyyat Nazirliyi və Federal Təhqiqatlar Bürosu kiberhücumun mənbəyini araşdırır və proqram təminatına haker sızmalarının təmizlənməsi ilə məşğuldur.
Lakin boru kəmərinin nə vaxt fəaliyyətini bərpa etməsi ilə bağlı dəqiq məlumat yoxdur. “Biz xidmət həcmimizi bərpa etmək prosesindəyik və bunun yetərincə təhlükəsiz və federal qaydaların tələblərinə tam uyğun olduğuna əmin olduqdan sonra sistemi tam gücü ilə işə salacağıq.” - operatorun açıqlamasında bildirilib.
Ekspertlər anbarlarda olan yanacaq ehtiyatlarının tələbatı qısa müddətə ödəyəcəyini, lakin sistemin fəaliyyəti yeni iş həftəsinin ilk günlərində bərpa olunmasa, benzin və dizel qiymətlərinin kəskin artacağını bildirir. Bazar günü axşam benzin qiymətləri 4% bahalaşıb, daha sonra 2% aşağı düşərək, hazırda bir qallon üçün 2,16 dollar təşkil edir. Bugün yeni iş həftəsinə açılacaq birjaların məsələyə necə reaksiya verəcəyi maraqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















