ABŞ-ın iri banklarından əmanətçilərə qeyri-adi çağırış: “Gəlin, pulunuzu götürün”
Bankların korporativ müştərilərə əmanətlərini vaxtından çox əvvəl çıxarmağı təklif edir.ABŞ-ın ən böyük banklarından olan JPMorgan Chase və Citigroup iri korporativ müştərilərə onların vərdiş etmədiyi təkliflər etməyə başlayıb: banklarda saxladıqları depozitləri çıxarmaq və başqa maliyyə fondlarına yatırmaq.
Marja xəbər verir ki, ABŞ Mərkəzi Bankının (Fed) hələ martın əvvəllərində banklar üçün kapital həddinə dair güzəştlərin son tarixi barədə açıqlamalarından sonra hazırkı vəziyyət müəyyən dərəcədə gözlənilən idi.
Xatırladaq ki, Fed martın 19-dakı açıqlamasında Əlavə Kapitallaşma Əmsalının (Supplementary Leverage Ratio - SLR) yuxarı həddi ilə əlaqədar iri ABŞ banklarına pandemiyaya görə tətbiq etdiyi güzəşt dövrünün martın sonunda başa çatacağını bildirmişdi. Əlavə Kapitallaşma Əmsalı (SLR) iri banklara aktivlərinin 3%-nə qədər həcmdə kapital saxlamağa, ABŞ iqtisadiyyatı üçün sistemli əhəmiyyət daşıyan banklar üçün isə aktivlərin 5%-ə qədər kapitala malik olmağa imkan verir. Həmçinin, bankların cəlb etdiyi depozitlərlə verdikləri kreditlər arasında nisbət qorunmalıdır. Bu qaydalar 2008-ci ilin qlobal maliyyə böhranından sonra 2010-cu ildə Bazel Bank Nəzarət Komitəsi tərəfindən qəbul edilmiş və ABŞ-da 2012-ci ildən etibarən tətbiq olunmağa başlamışdır. Ötən ilin aprelində qaydalara edilmiş dəyişikliklər iri banklara SLR-i hesablayarkən ABŞ Xəzinədarlıq obliqasiyalarını və Mərkəzi Bankın bu bankların hesablarında saxlanan depozitlərini öz balans hesabatlarında nəzərə almamağa imkan verirdi.
2020-ci ilin sonunda JPMorgan ABŞ bankları içərisində ən aşağı - 6,9% ilik SLR-ə malik idi, Citigroupda bu rəqəm 7% təşkil edirdi. Bu ilin ilk rübündə üç ən böyük ABŞ bankında - JPMorgan, Bank of America və Citi-də saxlanan depozitlərin həcmi əlavə 243 milyard dollar artıb. Financial Times-ın bu üç bankın rəsmi məlumatları əsasında tərtib etdiyi qrafik 2018-2020-ci illərdə kreditlərin həcminin 2 trilyon həcmində qaldığını, depozitlərin isə təkcə 2020-ci ildə 1 trilyon dollar artaraq, 4 trilyon dollara yüksəldiyini göstərir.
Adətən, depozitlərin artımı daha sağlam iqtisadiyyatın göstəricisidir və banklara daha çox vəsaitləri kredit şəklində ayırmağa imkan verir. Lakin, ABŞ hökumətinin ötən ilin aprelindən bəri iqtisadiyyata səpələdiyi trilyon dollarlarla ölçülən yardım və stimullaşdırma paketləri nəticəsində biznes hələlik vəsait üçün banklara çox üz tutmur. Nəticədə müqayisəli kredit tələbatının olmaması sərəncamlarında həddən artıq sərbəst vəsait qalan bankların depozit xərclərini də artırır. Həm bu səbəbdən, həm də Fed-in əvvəl qoyduğu yuxarı hədd tələblərini bərpa etməsinə görə banklar tənzimləyici orqanın qaydalarını pozmamaq və cərimələrə məruz qalmamaq üçün əllərində olan depozitlərin başqa sahələrə yönəldilməsində maraqlıdır.
JPMorgan bankının baş maliyyə direktoru Cenn Piepszak-ın fikrincə, “depozitlərdən üz döndərmək banklar üçün qeyri-təbii hərəkətdir və belə tədbirlər uzunmüddətli perspektivdə sistem üçün yaxşı nəticələr vəd etmir”. Depozit vəsaitlərini digər pul bazarı alətlərinə yönəltmək banklar üçün yeganə alternativdir, çünki bu halda proses onların aktivlərin idarə olunması bölmələrinin nəzarətindən keçir və həmin vəsaitlər SLR-in hesablanmasında nəzərə alınmır. Lakin həm JPMorgan bankının baş direktoru Cemmi Dimon, həm də Citi-nin baş maliyyə direktoru Mark Mason Fed-in bu qaydalara fundamental dəyişiklik edəcəyinə və banklara yeni güzəştlər edəcəyinə ümidvardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















