Toyuqdan gələn bərəkət - 5 milyard dollar
Yanında da mütləq kartof fri olsun...ABŞ-ın fast-food nəhəngi McDonalds 2021-ci ilin birinci rübünə dair nəticələri açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəlirləri 9% artaraq, 5,12 milyard dollara (proqnoz - 5,03 milyard dollar), xalis mənfəəti 1,54 milyard dollara (səhm başına 2,05 dollar) çatıb. ABŞ-dakı satışlar 13,65% artıb.
Toyuq məhsullarına əsaslanan qidalar, o cümlədən Spicy Chicken McNuggets və Crispy Chicken Sandwich ən çox satılan və gəlir gətirən menyu olub.
McDonalds-ın ABŞ-dakı rəhbəri Joe Erlinger birinci rübdə təkcə only sifariş əsaslı satışların 1,5 milyard dollar təşkil etdiyini bildirib. Beynəlxalq franşiza şəbəkələrində xüsusən Çin və Yaponiya hesabına artım 6,4%-ə çatıb. Ötən il pandemiya bu göstəricini 5,3% azaltmışdı. Növbəti ildə gəlirlərin 2019-cu ilin göstəricilərini də ötəcəyi proqnozlaşdırılır. Bunun üçün şirkət işçi qüvvəsini tam həcmdə təmin etmək məqsədilə əmək haqlarını da artırmağa hazırdır. ABŞ-da hazırda bir çox restoran şəbəkələri yenidən fəaliyyətini bərpa etsə də, pandemiya zamanı işdən ayrılan əməkdaşların yerini doldurmaqda çətinlik çəkirlər.
McDonaldsın əzəli rəqiblərindən KFC-nin ana şirkəti, Pizza Hut və Taco Bell kimi iri fast-food bizneslərini özündə cəmləşdirən Yum Brands da ötən gün birinci rübün nəticələrini açıqlayıb. Qrupun qlobal satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 11%, o cümlədən KFC və Taco Bell-də 11%, Pizza Hut-da isə 7% artıb. Ümumi gəlirlər 1,486 milyard dollar təşkil edib (ötən ilin birinci rübündə bu rəqəm 1,263 milyard dollar idi). Xalis mənfəət ötən illə müqayisədə təxminən 4 dəfə artaraq, 326 milyon dollara çatıb.
KFC-nin gəlirləri 625 milyon dollar, əməliyyat mənfəəti 300 milyon dollar;
Pizza Hut-ın gəlirləri 251 milyon dollar, əməliyyat mənfəəti 102 milyon dollar;
Taco Bell-in gəlirləri 488 milyon dollar, əməliyyat mənfəəti 178 milyon dollar təşkil edib.
KFC rüb ərzində 50 ölkədə 409 yeni restoran açıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















