Azərbaycan Mərkəzi Bankının xalis mənfəəti azalıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 24,1% azdır.
Ötən il AMB-nin faiz gəlirləri 169 milyon 251 min manat (əvvəlki ilə nisbətən 26,9% az), faiz xərcləri 149, milyon 127 min manat (36,4% az), haqq və komissiya gəlirləri 10 milyon 251 min manat (40% az), haqq və komissiya xərcləri 6 milyon 501 min manat (51,2% çox), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə gəliri 52 milyon 447 min manat (əvvəlki il olmayıb), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə zərər 75 milyon 742 min manat (əvvəlki il olmayıb), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 10 milyon 566 min manat (əvvəlki il 14,5% az), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 19 milyon 7 min manat (3,4 dəfə az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 14 milyon 588 min manat (əvvəlki il gəlir olub), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 4 milyon 320 min manat (4,9 dəfə az), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəliri 66 milyon 44 min manat (əvvəlki il zərər olub), qiymətli kağızların dəyərsizləşməsi üzrə zərəri 247 min manat (6,3 dəfə çox), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1 milyon 981 min manat (64,8% çox), sair əməliyyat gəliri 46 milyon 667 min manat (53,1% çox), dəyərsizləşmə üzrə gəliri 14 milyon 375 min manat (51,4% az), inzibati və sair əməliyyat xərcləri isə 96 milyon 229 min manat (76,8% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 25 milyard 485,97 milyon manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 12,65% çoxdur.
MB-nin aktivlərinin 18 milyard 579 milyon 674 min manatını borc qiymətli kağızları (illik müqayisədə 6,2% çox), 5 milyard 615 milyon 273 min manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 30,3% çox), 375 milyon 543 min manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (4,3% çox), 399 milyon manatını isə banklara verilmiş kreditlər (47,8 çox) təşkil edib.
2020-ci ildə AMB-nin öhdəlikləri 19% artaraq 23 milyard 864 milyon 58 min manat, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələri 13,8% artaraq 11 milyard 839 milyon 664 min manat, rezident bankların qısamüddətli depozitləri 11,8% azalaraq 2 milyard 713 milyon 336 min manat, hökumət idarələri qarşısında öhdəlikləri 80% artaraq 4 milyard 921 milyon 318 min manat, kredit təşkilatları qarşısında öhdəlikləri 17,8% artaraq 3 milyard 204 milyon 953 milyon manat, qurumun balans kapitalı isə 37% azalaraq 1 milyard 621 milyon 912 milyon manat olub.


AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 48 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
4 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















