Almaniyanın böyük bankından 7 ilin ən yüksək mənfəət rəqəmi
Almaniyanın ən böyük bankı Deutsche Bank, sərmayə bankçılığı qolunun köməyilə bu ilin ilk 3 ayında 908 milyon avro xalis mənfəət əldə edib. Bu, 2014-cü ildən bu yana ən yüksək rüblük xalis mənfəətdir.
Marja Bankın yaydığı məlumata istinadən xəbər verir ki, Deutsche Bank, bu ilin ilk rübünü bazarlardakı təxminən 600 milyon avroluq proqnoza qarşı 908 milyon avro xalis mənfəət ilə başa vurub.
Deutsche Bank qrupunun ilk rübdəki xalis gəlirləri də 2020-nin eyni dövrü ilə müqayisədə 14% artaraq 7,2 milyard avroya çatıb.
Deutsche Bankın sərmayə bankçılığı qolunun gəlirləri də ilk rübdə 32% artımla 3,1 milyard avroya yüksəlib.
Bank, 2020-də bazarlardakı təxminən 200 milyon avroluq zərər gözlənməsinə qarşı, 113 milyon avro xalis mənfəət açıqlamışdı.
Deutsche Bankın İdarə Heyətinin sədri Christian Sewing, ilk rüb maliyyə nəticələrinin Deutsche Bank-ın davamlı mənfəət yaratdığına sübut olduğunu ifadə edərək, "Bu nəticələr bizə 2022 hədəflərimizə çatacağımıza dair güvən verir",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 16 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















