Aqrar əmtəə qiymətləri son 9 ilin rekord səviyyəsinə yaxınlaşdı
Bloomberg Kənd təsərrüfatı İndeksi, 2012-ci ildən bu yana ən yüksək səviyyəyə çatıb.Aqrar məhsulların qiymətlərinin artması son günlərdə təklif (istehsal) narahatlıqları ilə sürətlənib. MArja xəbər verir ki, Bloomberg Kənd təsərrüfatı İndeksi 2012-ci ilin Noyabr ayından bu yana ən yüksək səviyyəyə çataraq az qala 9 ilin ən yüksək səviyyəsini görüb.
Son dövrdəki yüksəlişə soya liderlik edib. Argentinada yağışlar soya əkinini, ABŞ-dakı soyuq hava isə məhsulun yığılmasına mənfi təsir edib. Zəif təklifə qarşılıq güclü Çin tələbi qiymətlərin yüksəlməsinə səbəb olur. Soya paxlasının qiyməti səkkiz ölkədə son 10 ilin ən yüksək səviyyəsini test edib.
Soya qiymətlərindəki artıma əlavə olaraq buğda və qarğıdalı qiymətləri də quraqlıq və soyuq hava şərtləri səbəbilə yüksəlir.
Buğda qiymətləri, həm ABŞ, həm də Rusiyadakı mənfi iqlim şərtlərinin təklif tərəfində yaratdığı təzyiqin təsirilə 2014-cü ildən bu yana ən yüksək səviyyələri görüb.
Braziliya və ABŞ-dakı quraqlıq ilə əlaqədar olaraq gecikən əkinlər qarğıdalı qiymətlərini 2013-cü ildən bu yana ən yüksək səviyyələrə yüksəldib.
Söz mövzusu şərtlər sərmayəçilərin, aqrar məhsullarda bahalaşma istiqamətində mövqe tutmalarını artırır. Çikaqo Birjasında qarğıdalı qiymətinin artacağı proqnozu ilə açılan xalis mövqelər 10 ilin ən yüksək səviyyəsinə çatıb. Digər aqrar əmtəələrdə də bənzər vəziyyət söz mövzusudur.
Əmtəə qiymətlərindəki artım, qlobal qida qiymətləri üzərindəki narahatlıqları artırır. FAO Qida Qiymət İndeksi hal-hazırda 2014-cü ilin ortasından bu yana ən yüksək səviyyədədir. İstehsalda çətinliklərin davam etməsi vəziyyətində qida qaynaqlı bir qlobal inflyasiya çətinliyi daha da çox risk yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























