Bu bankın xalis mənfəəti 3 dəfədən çox artıb
“Rabitəbank” ASC 2021-ci ilin ilk rübnü (yanvar-mart dövrünü) 3 milyon 495 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 3,1 dəfə artıb. “Rabitəbank” 2020-ci ilin ilk rübünü 1 milyon 129 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Rabitəbank”ın cəmi əməliyyat gəlirləri 18 milyon 552 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 506 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın əməliyyat mənfəəti 6 milyon 46 min manat təşkil edib. “Rabitəbank” əməliyyat mənfəətindən 2 milyon 554 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və nəticədə ilk rübü 3 milyon 495 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə “Rabitəbank”ın cəmi əməliyyat gəlirləri 14 milyon 741 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 491 min manat, əməliyyat mənfəəti 4 milyon 250 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 3 milyon 121 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığından həmin dövrü 1 milyon 129 min manat xalis mənfəət ilə başa vurmuşdu.
İlk rübdə “Rabitəbank” ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri və xarici valyutadan gəliri kəskin artıb.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində “Rabitəbank” 719 milyon 914 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 441 milyon 344 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda Bankın 830 milyon 916 min manat cəmi aktivlərinin 423 milyon 332 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. İlk rübdə “Rabitəbank”ın kredit portfeli 18 milyon 12 min manat və ya 4,3% artıb. Aktivlərin azalması əsasən hüquqi şəxslərin depoitlərinin azalması ilə nağd pul vəsaitlərinin də azalması ilə əlaqədardır.
MƏCMU KAPİTALI 100 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2021-ci il tarixində “Rabitəbank” 100 milyon 146 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
19 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
31 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 35 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti





























