Türkiyə bankının Azərbaycandakı törəməsi ilk rübü əməliyyat mənfəətilə başa vurub
“Yapı Kredi Bank Azərbaycan” QSC 2021-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Pandemiya ilə əlaqədar olaraq iqtisadiyyatın azaldığı bir dövrdə Bankın kredit portfelini bir əvvəlki dövr ilə eyni səviyyədə saxlaya bilməsi, əməliyyat mənfəəti əldə etməsi və mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmanı azaltması diqqəti çəkir.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 9 milyon 95 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 273 min manta təşkil edib. Bankın gəlirləri xərclərini üstələdiyindən 1 milyon 822 min manat əməliyyat mənfəəti yaranıb. “Yapı Kredi Bank Azərbaycan” 1 milyon 835 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığından 13 min manat əməliyyat zərəri yaranıb və 109 min manat mənfəət vergisi ödəməsi ilə zərər 122 min manata yüksəlib. Qeyd edək ki, ehtiyatlar, aktivlər üzrə gözlənilən zərərin ödənilməsi məqsədi ilə yaradılır. Bu məqsədlə əməliyyat mənfəətindən vəsait ayrılır. Əgər gözlənilən zərər baş verməsə vəsait azad olur və mənfəətə aid edilir.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 10 milyon 693 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 50 min manat, əməliyyat mənfəəti 3 milyon 643 min manat, mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı məbləğ 4 milyon 53 min manat, ödənilmiş mənfəət vergisi 247 min manat, əməliyyat zərəri 656 min manat təşkil etmişdi.
“Yapı Kredi Bank Azərbaycan” 2020-ci ili 1 milyon 373 min manat xalis mənfəət ilə başa vurub. Bankın 2021-ci ili də mənfəətlə bağlayacağı gözlənilir.
BİZNES VƏ İPOTEKA KREDİTLƏRİNİ ARTIRIB
31 Mart 2021-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 323 milyon 666 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 149 milyon 984 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonunda Bank 348 milyon 285 min manat cəmi aktivlərə, o cümlədən 149 milyon 352 kredit portfelinə malik idi. İlk rübdə “Yapı Kredi Bank Azərbaycan”ın biznes kreditləri portfeli 119 min manat artaraq 96 milyon 399 min manata, daşınmaz əmlak (ipoteka) kreditləri portfeli isə 1 milyon 221 min manata artaraq 14 milyon 714 min manata çatıb.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2021-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 73 milyon 472 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən (50 milyon manat) yüksəkdir. 31 Mart 2020-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 71 milyon 924 min manat məcmu kapitala malik idi.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarları 99,98% payı ilə "Yapı Kredi Bankası" (Türkiyə), 0,01% payı ilə "Yapı Kredi Yatırım Menkul Değerler" (Türkiyə) və 0,01% payı ilə "Yapı Kredi Finansal Kiralama"dır (Türkiyə).
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 d. əvvəl
-
- 15 d. əvvəl
- 20 d. əvvəl
- 28 d. əvvəl
- 39 d. əvvəl
- 44 d. əvvəl
-
51 d. əvvəl
“Rusiya alimləri kimyaterapiya olmadan xərçəngin müalicəsi üzərində işləyirlər”
-
53 d. əvvəl
Almanlar daha az pivə içməyə başlayıblar – Almaniyada satışlar rekord aşağı səviyyəyə düşüb
-
1 saat əvvəl
Trampdan İrana “əgər razılaşa bilməsək, pis şeylər olacaq” mesajı
-
1 saat əvvəl
Qızıl, itkilərin bir hissəsini geri alaraq yenidən bahalaşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Azərbaycan neftinin son qiyməti
Adında "Sirab" sözü olan yeni şirkət yaradılıb
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Rəsmi məzənnələr açıqlandı
Almanlar daha az pivə içməyə başlayıblar – Almaniyada satışlar rekord aşağı səviyyəyə düşüb
Ən çox oxunanlar
Trampdan İrana “əgər razılaşa bilməsək, pis şeylər olacaq” mesajı
Qızıl, itkilərin bir hissəsini geri alaraq yenidən bahalaşıb
Bakıda daha bir "Pizza Hut" restoranı açılacaq
Avropada qaz qiymətləri bir gündə 14% düşüb
























