Azərbaycandakı 100% xarici kapitallı bank son maliyyə göstəricilərini açıqladı
“AccessBank” birinci rüb ərzində kredit portfelini 18 milyon artırıb.Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2021-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini elan edib.
“AccessBank”dan Marja-ya daxil olmuş məlumata görə, birinci rübün sonunda Bankın aktivləri 848 milyon manat təşkil edir.
Eyni tarixə Bankın xalis kredit portfeli 477.2 milyon manatdır. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 520 milyon manat təşkil edib. Birinci rüb ərzində Bankın balansındakı kredit portfelinin payı 59%-dən 61%-ə qalxıb.
Bundan başqa, 2021-ci ilin ilk rübü ərzində “AccessBank” 130 milyon manat məbləğində kredit verib. Kredit portfelində artım 2020-ci ilin sonuna nisbətən 18.3 milyon manat təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.
Mart ayının sonuna Bankın əmanət portfeli 614 milyon manat təşkil edib.
Habelə, 2021-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 12.2 milyon manata bərabər olub.
“AccessBank”ın 2021-ci ilin birinci rübündə xalis mənfəəti 135 min manat olub.
Hazırda Bankın cəmi məcmu kapitalı 78.4 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 28.4 milyon manat çoxdur.
Mart ayının sonuna Bankın ani likvidlik əmsalı 75% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
“AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgenia Qaşikulina 2021-ci ilin birinci rübünün nəticələrini şərh edib: “Bank, biznes planla müqayisədə kredit portfelininin göstəricilərini 70% üstələyib. Tərəfdaşlığın bizim üçün əhəmiyyətini əyani şəkildə göstərərək, sahibkarlara maliyyə dəstəyi verməkdə davam edirik. Komandamız karantin vəziyyətindən çıxan bizneslərə bərpa olunmaqları üçün maksimum kömək edir. Bankın maliyyə göstəricilərinin 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bir qədər aşağı olsa da, portfelimizi qısa müddət ərzində bərpa edib, əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artıracağımıza əminik".
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
4 d. əvvəl
“Şahşərab” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
- 28 d. əvvəl
-
- 28 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir
- 1 saat əvvəl
-
1 saat əvvəl
"SK Hynix" şirkətinin səhmləri irihəcmli listinq müraciətindən sonra 11% bahalaşıb
-
1 saat əvvəl
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
-
11 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
“Azərbaycan Nəşriyyatı”nın zərəri artıb
Neft qiymətlərində müharibə dövründəki artımı silindi - 60–65 dollaradək ucuzlaşacağı gözlənilir
Ən çox oxunanlar
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
























