"Manat qıtlığı real sektorun inkişafına əngəldir"
Azərbaycanda manat bazasının Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 11.4 faizdir. Bu ilin ilk rübündə Mərkəzi Bankın təşkli etdiyi depozit hərracları vasitəsi ilə pul bazası daha 600 milyon manat azalaraq 6.8 milyard manata düşüb.
Dünya Bankın məlumatına görə, pul bazasının ÜDM-də payı 89.9 faiz, Mərkəzi Avropa və Baltik ölkələrində 63.3 faiz, Türkiyədə 63.1 faiz, Gürcüstanda 42.1 faizdir. Böyük Britaniyada isə pul bazası ÜDM-dən 1.3 dəfə çoxdur. Rusiyada bu göstərici 42,5 faiz, Qazaxıstanda isə 42.1 faizdir. Göründüyü kimi, pul bazasının ÜDM-də payı Azərbaycanda digər ölkələr ilə müqayisədə xeyili kiçikdir. Bunun əsas səbəbi isə, 2014-2015-ci illərdəki intervensiya və 2016-ci ildən başlanan manat sterilizasiyasıdır.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə,pul bazasının məhdudlaşdırılması manatın məzənnəsini və eləcə də infilyasiya səviyyəsini tənzimləməyə imkan versə də real sektorda xərcləmələri məhdudlaşdırır:
“Müasir anti-böhran nəzəriyyələrinin əsas fəlsəfəsi xərcləmələrin təşviq edilməsidir. Xərcləmələrin genişlənməsi real sektorunun inkişafı baxımdan vacibir. İstehlakçı pul xərcləməlidir ki, biznes inkişaf etsin. Pul bazasının kiçilməsi manat qıtlığı yaradır ki, bu da birbaşa istehlakçıları xərcləməyə deyil, imkan daxilində yığıma təşviq edir. Banklarda nağdlaşdırma ilə bağlı limitləri və qadağaları da bura əlavə etsək o zaman manat bazasının real sərhədlərini təsvir etmək çətin olmaz.
Təəssüf ki, sərt pul-kredit siyasəti manat bazasının genişləndirilməsinə imkan vermir ki, bu da real sektorun əsas çətinliklərindən birinə çevrilib. Bu baxımdan, pul bazasının məhdudlaşdırılması siyasətinin bazanın optimallaşdırılması siyasəti ilə əvəz olunmasına ehtiyac var. Manat qıtlığı nəinki uzun, hətta orta müddətli dövr üçün iqtisadi baxımdan arzuolunan deyil. Real sektorun və eləcə də qeyri-neft sektorunun inkişafı birbaşa pul bazasının optimallaşdırılması səviyyəsi ilə bağlı olduğundan manat bazasının genişləndirilməsinə ehtiyac var”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 2 d. əvvəl
-
50 d. əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























