Coca Cola bugün gəlirləri açıqlayacaq - proqnozlar 8 milyard dollar deyir
Alkoqolsuz içki bazarının lideri pandemiyanın təsirlərindən yan keçə bilib.ABŞ-ın ən iri alkoqolsuz içki istehsalçılarından biri, 130 illik tarixə malik The Coca Cola Company bugün cari ilin birinci rübünün nəticələrini açıqlayacaq.
Marja xəbər verir ki, Refinitivin Wall Street ekspertləri arasında keçirdiyi sorğuda rəqəmlərin ötən ildən bəri çox dəyişmədiyi, ümumi gəlirlərin 8,6 milyard dollar təşkil edəcəyi və bir səhmə görə 50 sent olacağı proqnozlaşdırılır. Analitiklər ötən ilin müvafiq dövrü ilə müqayisədə satışların 1% artdığını ehtimal edirlər.
2020-ci ildə qlobal pandemiya səbəbindən xarici bazarlarda satışlar kifayət qədər azalmış, əvəzində ABŞ-da artan satışlar itkiləri nisbətən kompensasiya etməyə imkan vermişdi. Son 12 ayda səhmlərinin dəyəri 14% artan Coca Cola bazar dəyərini 231 milyard dollara çatdırıb. Şirkətin ilkin açıqlamaları cari ildə təkrəqəmli artım ehtimalının yüksək olduğunu göstərir.
Coca Colanın əsas rəqibi Pepsi Co. ötən həftəki rəsmi açıqlamasında qlobal iqtisadiyyatın hələ tam bərpa olunmamasına və qeyri-stabil istehlak proqnozlarına bxamayaraq, gəlirlərin 6,8% artdığını və proqnozlaşdırılan 14,55 milyard dollar müqabilində 14,82 milyard dollar təşkil etdiyini bildirmişdi. Xalis mənfəət isə 2021-ci ilin birinci rübü üzrə 1,71 milyard dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















