Dünyanın ən iri investisiya şirkətlərindən biri bəzi aktivlərini satır - 2,9 MİLYARD DOLLAR
Blackstone Avstraliyadakı logistika biznesinin satışından irihəcmli vəsait əldə edəcək.Logistika sahəsində daşınmaz əmlak idarəçisi, hazırda idarəçiliyi altındakı aktivlərin həcmi 30 milyard dollar təşkil edən ESR Limited şirkəti ABŞ-ın investisiya nəhənglərindən olan Blackstone-un Avstraliyadakı logistika portfelini satın almaq üçün, dövlət rifah fondu, 2021-ci ilin yanvarına aktivlərinin həcmi 488 milyard dollara bərabər olan Sinqapurun Hökumət İnvestisiya Korporasiyasına (GIC) qoşulduğunu bildirib.
Marja xəbər verir ki, Avstraliya tarixində logistika və ümumi daşınmaz əmlak portefli üzrə ən böyük sövdələşmə hesab olunan prosesin ümumi dəyəri 3,8 milyard Avstraliya dolları (2,9 milyard dollar) təşkil edir.
ESR bu məbləğin 20%-ni maliyyələşdiriləcəyini, qalan hissənin isə GIC tərəfindən yatırılacağını qeyd edib. Şirkət açıqlamasında sövdələşmənin 6,9 illik icarə müddəti boyunca illik ortalama 4,5 ilkin gəlir gətirəcəyini bildirib. Blackstone-un Avstraliyadakı hazırkı logistika portfeli əsas şəhərlər, o cümlədən Adelaide, Brisbane, Melburn, Pert və Sidneydə cəmi 3,6 milyon kvadrat metr sahəyə malik 45 gəlirli obyekti əhatə edir.
Məlumat üçün bildirək ki, 1985-ci ildə qurulan Blackstone son 30 ildə kredit əsaslı satınalma bazarında ən iri özəl kapital investorlarından biridir və 2020-ci ilin sonuna idarəçiliyində olan aktivlərin həcmi 619 milyard dollar təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















