Tam Yeni TUCSON modeli artıq Hyundai satış mərkəzlərində
(®️) Nəhayət, son günlər hamının səbirsizliklə gözlədiyi Tam Yeni Hyundai Tucson modeli artıq Azərbaycandadır.
“Hyundai” markasının ölkəmizdə rəsmi nümayəndəsi “AUTO AZƏRBAYCAN” şirkəti hamının çoxdandır və səbirsizliklə gözlədiyi yeni “Tucson” modelini salonlarında artıq satışa çıxarıb.
İnnovativ və texnoloji mükəmməlliyə doğru istiqamət almış marka 4 –cü nəsil “Tucson” modeli ilə yenilikçi dizaynı və bütün göstəriciləri əsas götürərək, sinifinin mükəmməli olduğunu iddia edir və SUV –sinifinə yeni standartlar təyin etməklə satış rekordlarına iddialıdır.
İlk baxışdan sport və xarizmatik eksteryer görünüşlü Tam Yeni Tucson ön hissədən parametrik radiator barmaqlığı, eyni zamanda ən təəccüblü xüsusiyyəti, ən müsasir gündüz hərəkət işıqları ilə yadda qalan valeh edici görünüşə sahibdir. Aerodinamik gövdə quruluşuna malik “Tucson” cəsarətli, yüksək texnoloji dizayn detalları ilə sport və dinamik bir təssürat yaradır.
Mükəmməl interyer və daha çox texnologiyaya əsaslanan Tucson gözləntiləri aşmağa tam hazırdır.
Yeni 10.25 düymlük AVN-T monitoru avtomobilin kokpitini tamamilə doldurur. Hyundai dizaynerləri fiziki düymələrdən və adi düymələrdən imtina edir və bütün işləmə və idarəetmə mexanizmlərini AVN vasitəsilə həyata keçirirlər. Kondisioner, havalandırma və multimediya funksiyaları toxunuşla idarə oluna bilər. Tam sensor ekran konsoluna sahib ilk Hyundai modeli olan Tucson, aşağı panelə də sahibdir. Analoq yerinə rəqəmsal bir ekranla birlikdə olan avtomobil, idarəetmə haqqında bütün məlumatları dərhal sürücüyə ötürür.
Mərkəzi konsolun iki yan cibində naqilsiz şarj yastığı və saxlama bölmələri, həmçinin 10 fərqli parlaqlıq səviyyəsinə malik ətraf işıqları mövcuddur.
Sinfində yeni təhlükəsizlik standartları təyin edin Tucson modeli, mütəxəsislər tərəfindən sinifindəki ən təhlükəsiz avtomobil olduğu iddia edilir. Məsələn, krossover sürücü və ön sərnişini bir-biri ilə toqquşmaqdan qoruyan mərkəzi təhlükəsizlik yastığı da daxil olmaqla, yeddi təhlükəsizlik yastığı ilə təchiz edilmişdir. Eyni zamanda avtomobil digər intellektual təhlükəsizlik sistemləri ilə öz müştərilərini tam razı salamağa hazırdır.
Yeni krossoverin ölkəmizə 2.0 Mpi mühərrik və hibrid güc qurğusuna malik (48 voltluq mülayim, standart və təkrar doldurula bilən) mükərriklə gətirilir.
“AUTO AZƏRBAYCAN” şirkəti avtomobil həvəskarlarını və “Hyundai” sevərləri Tam Yeni Hyundai Tucson modelini əldə etmələri üçün salona dəvət edir.
Hyundai Motor Company haqqında
1967-ci ildə təsis edilmiş “Hyundai Motor Company” şirkəti etibarlı avtomobil partnyoru olmağı özünə vəzifə təyin etmişdir.
'İnsanlıq üçün Tərəqqi' marka vizionuna əsaslanan “Hyundai Motor Company”, İntellektual Mobil Həllər Təminatçısına çevrilmə yolunda sürətlə irəliləməkdədir.
Şirkət, robot və Urban Air Mobility (UAM) kimi qabaqcıl texnologiyalara inqilabi mobil həlləri gətirmək üçün investisiya qoyur, eyni zamanda gələcək mobillik xidmətlərini təqdim etmək üçün açıq yeniliklər həyata keçirir.
Ümumilikdə 120 000-dən çox peşəkar işçi heyəti ilə “Hyundai Motor Company” dünya üçün davamlı bir gələcəyin axtarındadır. Şirkət, müxtəlif bazarlar üçün nəzərdə tutulmuş fərqli məhsulları, həmçinin sənayenin qabaqcıl hidrogen yanacaq enerjisi və EV texnologiyaları ilə təchiz olunmuş sıfır emissiya nəqliyyat vasitələri ilə daima öz model sırasını genişləndirir və təkmilləşdirir.
Hyundai Azərbaycan haqqında
“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. 25 il ərzində 55 000-dən artıq şəxs Hyundai avtomobilləri alıb. Ölkə ərazisində Hyundai markasının 11 satış və servis mərkəzi fəaliyyət göstərir. Rəsmi dilerlərdə bütün model sırası təmsil olunur. Müasir diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində isə qısa müddətdə avtomobilə keyfiyyətli baxış, kamera vasitəsilə qeydə alınan zəmanətli təmir işləri həyata keçirilir. Hyundai markasını Azərbaycanda təqdim edən “Auto Azerbaijan” şirkəti yüksək təcrübə və biliyə malik, istehsalçı tərəfindən təlimlər keçən peşəkar məsləhətçi və xidmət personalı ilə ölkənin ən qabaqcıl biznes qurumlarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 d. əvvəl
-
8 d. əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
-
40 d. əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
55 d. əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 56 d. əvvəl
-
1 saat əvvəl
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
-
1 saat əvvəl
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
-
1 saat əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
"PAŞA Bank" səhmlərinə sahib olun!
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb
Ən çox oxunanlar
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb















.jpg)




