“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb
Qatarın səfər müddəti 6 gündür“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdər. Qatarla Türkiyədən ölkəmizə 588 ton yük gətirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”- in Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsul - TURKUAZ ekspres konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul (Asiya hissəsindən) və Mersin ətrafından Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.
TURKUAZ ekspres blok qatarıının səfər müddəti 6 gündən ibarətdir.
Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac –idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi– Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabətqabiliyyətinin güclənməsinə təkan verəcək.
Qeyd edək ki, Bakı-Tbilisi – Qars dəmir yolu ilə bu günə kimi 26 689 TEU konteyner daşınıb. Ötən il BTQ ilə daşınan konteynerlərin sayı 11 748 TEU olub. 2021 - ci ilin I –ci rübündə 2020 - ci ilin müvafiq dövrü ilə müqayisədə 83 % artım olub.
TURKUAZ expres blok qatarı ilə həmçinin, Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərə tutulur.
Qeyd etmək yerinə düşər ki, xüsusilə pandemiya dövründə, ölkələr arasında nəqliyyat əlaqələrinin məhdudlaşdığı bir şəraitdə dəmir yolu ilə daşımalar bir an da olsun dayanmadı və dəmiryolu öz effektivliyini bir daha göstərdi.
TURKUAZ exspres blok qatarı ilə gətirilən konteynerlər Abşeron Logistika Mərkəzinə çatdırıldıqdan sonra burada yaradılmış müasir A+ kateqoriyalı anbarlara boşaldılacaq. Yüklər çeşidləndikdən sonra yük sahiblərinin ünvanlarına çatdırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
7 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
11 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 18 d. əvvəl
-
21 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
24 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
25 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 29 d. əvvəl
- 35 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı


























