“OPEC+” üzrə öhdəliklər martda 113% yerinə yetirilib
Neft hasilatının ixtisarına dair “OPEC+” sazişinə üzv ölkələr 2021-ci ilin martında sutkada 39,79 milyon barel neft hasil ediblər ki, bu da fevrala nisbətən sutkada 0,27 milyon barel çoxdur.
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, hasilatın ixtisarı ilə bağlı razılaşma martda 113% yerinə yetirilib. Bir ay əvvəl bu göstərici 112% olub.
Qeyd edək ki, “OPEC+” sazişinə “OPEC” ölkələri ilə yanaşı təşkilata üzv olmayan 10 neft istehsal edən ölkə daxildir.
Məlumata görə, “OPEC” ölkələri neft hasilatını sutkada 21,02 milyon barelə azadıblar (planın 124%-i).
“OPEC”ə üzv olmayan saziş iştirakçıları isə planı 93% yerinə yetirərək hasilatı 14.7 milyon barelə endiriblər.
Belə ki, “OPEC” üzvü olan Səudiyyə Ərəbistanı martda hasilatı fevralda olduğu kimi, 8,12 milyon barel səviyyəsində saxlayıb. “OPEC”ə üzv olmayan Rusiya isə mart ayında 9,33 milyon barel hasil edərək planı 95% yerinə yetirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 12 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
17 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
18 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























