Alibaba 2,8 milyard dollarlıq cəza verən qurumlara təşəkkür edib
Çinin Alibabaya rekord cəzası şirkəti rahatlaşdırıbElektron ticarət nəhəngi Alibaba Group, Çinin tənzimləyici qurumlarının şirkətə verdiyi 2.8 milyard dollarlıq rekord cəzadan (maliyyə sanksiyası) sonra yazdığı açıq məktubda tənzimləyici qurumlara qeyri-ənənəvi cavab verərək təşəkkür edib.
Marja xəbər verir ki, Şirkət mövzu ilə əlaqədar yazdığı bir açıq məktubda, "hökumətin sərt tənzimləmələri (tələbləri) olmasa bu böyüklüyə çata bilməzdik, nəzarətlər inkişafımızda əhəmiyyətli rol oynadı. Bunun üçün də təşəkkürümüzü bildiririk" ifadələrinə yer verib.
Çinin tənzimləyici orqanları bu cür cəzalar ilə ölkənin ən böyük şirkətlərinə və liderlərinə rəqabətə zidd davranışlarının müəyyən nəticələri olacağı mesajını verir.
Təxminlərdən daha az olan 2.8 milyard dollarlıq cəza, şirkətin qurucusu Jack Ma-nın internet imperatorluğu üzərindəki qara buludların dağılmasını təmin edib. Cəza, Alibaba-nın 2019-cu ildə Çində əldə etdiyi gəlirin 4%-nə bərabər gəlir.
Alibaba-nın səhmləri bu səhər Honq Konada 5.5% bahalaşıb.
Şirkətin qurucu ortağı Joseph Tsai bu günki yığıncaqda qərarın ədalətli rəqabəti təmin etmək üçün verildiyini və bu mövzunu artıq geridə qoymaqdan məmnun olduqlarını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
-
51 d. əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
52 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 12 saat əvvəl
-
12 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
12 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
13 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
14 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb





















.jpg)




