"Bizim faiz dərəclərimiz kifayət qədər aşağıdır" - BANK SƏDRİ
"Ümumi portfel üzrə orta faiz dərəcəsi 11%-dir"“2020-ci ildə kredit bazarında faiz dərəcələri aşağı düşüb”.
Marjanın məlumatına görə, bunu PAŞA Bankın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə heyətinin sədri və Baş İcraçı direktoru Taleh Kazımov bildirib.
Onun sözlərinə görə kredit faizlərinin geriləməsinin əsas səbəbi bazardakı kifayət qədər likvidlikdir: “Səhv etmirəmsə bank sektorunda 9 milyard manat civarında likvidlik yaranıb və bu da kredit faizlərinin aşağı düşməsinə imkan yaradır”.
Taleh Kazımov qeyd edib ki, PAŞA Bankın kredit portfeli üzrə orta faiz dərəcəsi 11%-dir: “PAŞA Bankın faiz dərəcələrinin yüksək olması ilə razılaşa bilmərəm, bizim faiz dərəclərimiz kifayət qədər aşağıdır. Ümumi portfel üzrə orta faiz dərəcəsi 11%-dir. Kiçik və orta sahibkarlıq portfeli üzrə orta faiz dərəcəsi isə 13,5%-dir. Bu seqment üzrə faizin nisbətən yüksək olması risklər ilə əlaqədardır”.
Bankın sədri əlavə edib ki, faiz dərəcəsinə əməliyyat xərcləri, cəlb olunmuş vəsaitin qiyməti və risk marjası təsir edir.
4 SAATA KREDİT ALMAQ MÜMKÜNDÜR
Taleh Kazımov qeyd edib ki, bu gün kiçik və orta sahibkarlar banka gəlmədən, girovsuz 250 min manatadək kredit ala bilərlər:
“Kiçik və orta sahibkarlarlıq seqmentində fəaliyyətimizi genişləndirmək məqsədilə regionda ilk dəfə onlayn kredit məhsulumuzu təqdim etmişik. Kiçik və orta sahibkarlıq seqmentinə daxil olan fiziki və hüquqi şəxslər onlayn şəkildə müraciət edərək girovsuz, banka gəlmədən 250 min manatadək kredit ala bilərlər. Sahibkar müraciət etdikdən sonrakı 3 saat ərzində qərar verilir, vəsait isə 4 saat ərzində müştərinin hesabında görünür. Bu məhsul MDB ölkələri üzrə 2-ci yerə çıxıb”.
“KREDİT PORTFELİNİ 3 MİLYARD MANATA ÇATDIRMAĞI PLANLAŞDIRIRIQ “
Taleh Kazımov vurğulayıb ki, 2021-2023-cü illəri əhatə edən Strategiyanın həyata keçirilməsilə PAŞA Bankın korporativ kredit portfelinin 1 milyard manat artırılması nəzərdə tutulur:
"Post pandemiya dövrü olduğunu və iqtisadiyyatın yenidən inkişaf edəcəyini nəzərə alaraq iddialı strategiyamız var. Növbəti 3 ildə PAŞA Bank korporativ kredit portfelini 2 milyard manatdan 3 milyard manata, kiçik və orta sahibkarlıq üzrə portfelini isə 2 dəfə artıraraq 350 milyon manata çatdırmağı planlaşdırır".
Həmçinin oxu
“PAŞA Bankın bazar payı 17%-ə yüksəlib”Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
11 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
11 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
11 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
12 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
12 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
12 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır





























