Yeni agentlik işçi yığmağa başladı – VAKANSIYALAR
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir və Yevlaxda Maliyyəçi, Mühasib, Həkim-koordinator, Statistik və Mütəxəssis vəzifələrinə vakant yerlər elan edir.
Maliyyəçi işinə dair
Tələblər:
-İcbari tibbi sığortaya dair qanunvericiliyin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasına, təkmilləşdirilməsi və inkişafına dair təkliflərin verilməsi;
-Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadəsinin təşkili və koordinasiyası;
-Regionun səhiyyə qurumlarından aylıq, rüblük və illik maliyyə hesabatlarının ümumiləşdirilməsi və Agentliyin Mərkəzi aparatına təqdim edilməsi;
-Ştat heyətinin (sayının), əmək haqqı fondunun və smetanın digər maddələri üzrə təxsisatların və limitlərinin planlaşdırılması;
-Xərclərin maliyyələşdirilməsinin tənzimlənməsi;
-Regional bölməyə daxil olan müraciətlərin araşdırılmasının təmin edilməsi;
-Ali təhsil, müvafiq sahə üzrə azı 3 il iş stajı.
Mühasibat işinə dair
Tələblər:
-Regional bölmədə mühasibat uçotunu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qurulmasının təşkili;
-Regional bölmədə mühasibat uçotu və hesabatı işlərinə metodiki nəzarətin həyata keçirilməsi;
-Regional bölmənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatlarının hazırlanması;
-Regional bölmədə səhiyyə qurumlarından mühasibat balansı və digər hesabatların qəbul edilməsi və icmal hesabatları (statistik, vergi, məcburi dövlət sosial sığortası və s.) Agentliyin Mərkəzi aparatına təqdim edilməsi;
-Bank əməliyyatlarının həyata keçirilməsi;
-Əsas vəsaitlərin, azqiymətli və tez köhnələn əşyaların uçotu və inventarizasiyası;
-Əmək haqqının qanunvericiliyə müvafiq olaraq hesablanmasına nəzarət;
-Hesablaşmaların (əmək haqqı, sair debitor-kreditorlarla və s.) həyata keçirilməsi;
-Regional bölməyə daxil olan müraciətlərin araşdırılması;
-Ali təhsil, müvafiq sahə üzrə azı 3 il iş stajı.
Həkim-koordinator işinə dair
Tələblər:
-İcbari tibbi sığorta növü üzrə xidməti həyata keçirəcək tibb müəssisələrinin araşdırılması və müqavilələrin imzalanması üçün tələb olunan prosedurların həyata keçirilməsi;
-Əhalinin tibbi xidmətlərə ehtiyacının qiymətləndirilməsi məqsədilə sorğuların işlənib hazırlanmasının və keçirilməsinin koordinasiya edilməsi;
-Tibb müəssisələrində standartlaşdırılmış hesabat və məlumatların toplanması sisteminin işlənib hazırlanması;
-Səhiyyə ixtisası istiqaməti üzrə ali təhsil.
Statistika işinə dair
Tələblər:
-pilot ərazilərdə epidemioloji və statistik məlumatların toplanması, tələb olunan mövzularda monitorinqin aparılması və qiymətləndirmə hesabatları layihələrinin hazırlanması;
-pilot ərazilərdə mövcud tibbi məlumatlar əsasında statistik və epidemioloji təhlillərin aparılması;
-pilot ərazilərdə tibbi məlumatların toplanılması məqsədilə metodologiyaların hazırlanması, icra edilməsi və nəticələrin təhlilinin aparılması;
-pilot ərazilərdə həyata keçirilən digər layihələrin idarə olunmasına dəstək verilməsi;
-ali təhsil, müvafiq sahə üzrə azı 1 il iş stajı.
Mütəxəssis işinə dair
Tələblər
-pilot ərazilərin səhiyyə, iqtisadi və sosial göstəricilərinin davamlı izlənilməsi və baş verən dəyişikliklərin təhlil olunması;
-pilot ərazilərdə səhiyyənin maliyyələşməsi sisteminin təkmilləşdirilməsi istiqamətində təhlillərin aparılmasında və həmin təhlillərin nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;
-pilot ərazilərdə icbari tibbi sığortanın fəaliyyətinə dair sorğuların keçirilməsində yaxından iştirak və nəticələrə dair hesabatın hazırlanması;
-pilot ərazilərdə icbari tibbi sığortanın fəaliyyətinə dair tibbi xidmət təchizatçılarının işinin, büdcə vəsaitləri və maliyyə idarəetmə vəziyyətinə dair məlumatların toplanılması, təhlil edilməsi və hesabatın hazırlanması;
-Sığorta əməliyyatlarının həyata keçirilməsi (pilot ərazidə əhalinin qeydiyyata alınması, sığorta olunması);
-ali təhsil, sığorta işində minimum 6 ay təcrübə.
Maraqlananlar tərcümeyi hallarını 31 dekabr 2016-cı il tarixinədək elektron poçt vasitəsilə müraciət edilən vəzifənin adını göstərməklə [email protected] ünvanına göndərə bilərlər.Əlavə məlumat üçün əlaqə nömrələri: (012) 310-07-70/ 5004, 5006
Qeyd: Yalnız müsahibəyə dəvət alacaq namizədlərlə əlaqə saxlanılacaqdır.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 12 d. əvvəl
- 18 d. əvvəl
-
-
29 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
11 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
13 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
Ən çox oxunanlar
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!























