Azərbaycanda ərzaq balansı 10 məhsul növü üzrə müəyyənləşdiriləcək
İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərinin hansı məhsul növləri üzrə aparılacağı məlum olub.
Bu, “Ərzaq balansının tərtib olunması” qaydasında əksini tapıb.
Qaydaya əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri aşağıdakı məhsul növləri üzrə aparılır:
- buğda;
- sair dənlilər;
- un;
- kartof;
- soğan;
- meyvə və giləmeyvələr;
ət və ət məhsulları;
- quş əti və məhsulları;
- süd və süd məhsulları;
- yumurta.
Qeyd edək ki, indiyə qədər Azərbaycanda ərzaq balansının tərtib olunması aşağıdakı məhsul növləri üzrə aparılıb:
- buğda
- sair dənlilər
- dənli paxlalılar
- un
- çörək və çörək məmulatları
- düyü
- yarmalar
- makaron məmulatları
- kartof
- soğan
- sair tərəvəzlər
- bostan məhsulları
- meyvə və giləmeyvələr
- ət və ət məhsulları
- süd və süd məhsulları
- pendir
- yumurta
- balıq və balıq məhsulları
- bitki yağları
- marqarin
- kərə yağı
- meyvə və tərəvəz konservləri
- şəkər
- qənnadı məmulatları
- çay
- duz.
Yeni qaydaya əsasən isə, ərzaq balansının hesabat ili üçün göstəriciləri bu məhsul növləri üzrə tərtib olunsa da, İqtisadiyyat Nazirliyi tərəfindən ərzaq balansının cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəriciləri yalnız 10 məhsul növü üzrə aparılacaq.
Yeni qaydaya görə, İqtisadiyyat Nazirliyi təqdim olunmuş məlumatlar əsasında hazırlanan və hesabat ili, cari il üzrə gözlənilən və növbəti il üçün proqnoz göstəricilərini özündə əks etdirən ərzaq balansını oktyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























