"Əgər xalq qərar versə ki, məni güllələməlidir, mən divarın qarşısında duraram"
Ermənistan Baş naziri Nikol Paşinyan digər siyasətçilərin bəyanatlarına baxmayaraq, ölkədən qaçmaq niyyətində olmadığını bildirib.
“armeniasputnik.am” saytının verdiyi məlumata görə, N. Paşinyan bunu Aştarak vilayətində sakinlərlə görüşdə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın bəyanatını şərh edərkən bildirib.
Qeyd edək ki, L. Ter-Petrosyan bildirmişdi ki, yeganə çıxış yolu N. Paşiyanın təcili Baş nazir postundan istefa verməsi, müvəqqəti xaricdə sığınacaq tapması üçün N. Paşinyana toxunumazlıq qarantiyası verilməsidir.
N. Paşinyan isə deyib ki, L. Ter-Petrosyan karyerası ərzində iki dəfə “qaçmağın gözəl nümunəsi”ni nümayiş etdirib: “Məgər mən qaçan insana bənzəyirəm? Əgər xalq qərar versə ki, məni güllələməlidir, mən divarın qarşısında duraram. Heç kim düşünməsin ki, mən xalqın qəbul etdiyi qərardan qaçacam”.
N. Paşinyan hesab edir ki, ölkədə qan tökülməsini istəyən şəxslər və qüvvələr var: “Onlar istəyirlər ki, İrəvanın, Aştarakın küçələrində qan axsın. Bu insanlar 27 oktyabrda, 1 martda törətdikləri onlarla siyasi qətldən, qandan doymayıblar. Bu insanlar Ermənistanda yenidən qan axmasını istəyirlər. Hakimiyyət Qarabağda müharibən sonra 5 ay ərzində aqressiv hücumlara məruz qalıb. Bu müddət ərzində həm hakimiyyət, həm də xalqın başlıca nailiyyəti vətəndaş qarşıdurmasından yayınmağı bacarması olub. Ölkədə hər gün aqressiyanın artmasına, qan tökülməsinə çalışan, seçkiləri istəməyən qüvvələr var. Mən onların bizim hakimimiz olmasına imkan vermirəm. Hakim xalq olmalıdır”.
Baş naziri hüquq-mühafizə orqanlarının qətllər törədilməsi və hakimiyyət çevrilişi şüarları ilə çıxış edənlərlə bağlı vəsatətlərini təmin etməyən məhkəmələrdən də narazılığını bildirib: “Nə üçün Ermənistanda indiyə qədər belə hakimlər qalıb? İnqilabın əsasında xristian dəyərləri vardı. Ümid edirdik ki, insanlar dəyişəcək, ancaq çoxları hüquqi, mənəvi və siyasi sərhədləri keçdi”.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















