TikTok-un “bazarı bağlana bilər” - YouTube-dan yeni xidmət
YouTube yeni qısa video xidmətilə sosial şəbəkə bazarındakı TikTok-un hökmranlığına son qoymaqda qərarlıdır.Qlobal video yayım xidməti olan YouTube ABŞ bazarında TikTok-un aparıcı mövqeyinə son qoymaq üçün öz platformasında Shorts adlanan yeni xidmətini istifadəyə verir.
Marja xəbər verir ki, bu tətbiqetmə istifadəçilərə mobil telefonlar üçün rahat olan şaquli formatda qısa videolar çəkməyə və onu xüsusi effektlər və YouTube-un siyahısındakı musiqilərlə bəzəməyə imkan verir.
“Bugündən başlayaraq və növbəti bir neçə həftə ərzində biz ABŞ-da yeni Shorts video xidmətimizin beta versiyasını tədricən genişləndirəcəyik” – YouTube dünən öz bloqunda bildirib. Yeni xidmət həm də videonun xüsusi yerlərində qısa mətnlər əlavə etmək funksiyasına malikdir.
TikTok ən böyük bazarlarından birində - Hindistanda ötən ilin yayında birdəfəlik olaraq qadağan edilib. Bu fürsətdən yararlanan YouTube yeni qısa video yayım tətbiqetməsi olan Short-u 2020-ci ilin sentyabrından Hindistanda aktiv edib. Açıqlanan statistikaya görə Shorts-a hazırda bütün dünyada gündəlik 6,5 milyard baxış var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 8 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
13 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
14 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























