"Keçən il satışda müəyyən problemlər yaşandı"
Füsunkar, əsrarəngiz təbiəti ilə tanınan Gədəbəy işgüzar insanları və fərqli dadı-tamı olan meyvə-tərəvəzi ilə də seçilir. Xüsusilə bu yerlərin kartofunun əvəzi yoxdur. Hər il sahələrdə bol məhsul yetişdirən gədəbəylilər həm əhalini keyfiyyətli kartofla təmin edir, həm də yaxşı qazanc əldə edirlər.
Hər il olduğu kimi, bu il də Gədəbəy rayonunun sakinləri bol məhsul əldə etmək əzmindədirlər.
Rayon dövlət aqrar inkişaf mərkəzinin direktoru Asəf Nağıyev deyir ki, Gədəbəydə hər il kartof sahələri genişləndirilir: “Kartof istehsalı ilə məşğul olan fermerlər keçən il əkin sahələrini 10 min 403 hektara çatdırmışlar ki, bu da əvvəlki ildəkindən çoxdur. Əsasən yerli sortlara - “Telman”, “Əmiri”, “Ağçiçək” və s. sortlara üstünlük verən fermerlərimiz məhsuldarlığı da ildən-ilə artırırlar. Məsələn, keçən il hər hektardan 120 sentner kartof götürülmüşdür ki, bu da əvvəlki illərdəkindən xeyli artıqdır. Ancaq torpaq sahibləri bunun son hədd olduğunu düşünmürlər, cari ildə bu rəqəmi 125 sentnerə çatdırmağı qarşılarına məqsəd qoymuşlar”.
Rayonda yerli sortlarla yanaşı, kənardan gətirilən məhsuldar toxumlara da üstünlük verilir. Həmin sortlar yerli iqlimə uyğunlaşdırılaraq geniş yayılır.
Hazırda rayonda kartof əkininə geniş hazırlıq işləri görülür. Yazın gəlişi rayonda canlanma yaratmış, insanların yaz-tarla işlərinə təkan vermişdir. Rayon sakinləri hər gün əkin sahələrinə çıxaraq torpağı əkinə hazırlayırlar.
Rayonda kartofçuluqla məşğul olan çox sayda fermer təsərrüfatları var. Demək olar rayonda elə bir kənd yoxdur ki, orada kartof əkilməsin. Məsələn, Saratovka kəndinin sakini Əli İsmayılov hər il bol məhsul yetişdirir. 2019-cu ildə cəmi 20 hektar sahədə kartof yetişdirən Əli İsmayılov keçən il 10 hektarda satış üçün, 10 hektarda isə toxumluq kartof yetişdirib. İstehsal etdiyi 735 ton məhsulun 277 tonu yüksək reproduksiyalı olmuşdur. Fermer istehsal etdiyi məhsuldan götürdüyü qazancdan razıdır.
Uzun illərdir ki, bu sahədə zəngin təcrübə toplayan Əli İsmayılov təsərrüfatında kartofçuluğun inkişafı üçün hər cür şərait yaradıb. Təsərrüfatda bütün işlər texnikanın vasitəsilə görülür. İndi onun rəhbərlik etdiyi təsərrüfatda həm kartofsəpən, həm də çıxaran aqreqat, eləcə də yetişdirilmiş məhsulun daşınması üçün lazımi qədər nəqliyyat vasitələri var. Mövsümdə burada 20 nəfər çalışır. İstehsal etdiyi məhsulun bir hissəsini toxum kimi satan fermer bunun üçün kartofu çeşidləyən aqreqat da quraşdırmışdır. Məhsulun saxlanması üçün isə xüsusi yer hazırlanmışdır.
Slavyanka kəndinin sakini Nofəl Qasımov da uzun illərdir ki, kartofçuluqla məşğuldur. Cəmi 27 hektar əkin yeri olan Nofəl bunun 7 hektarında kartof əkir. Keçən il həmin sahədən 15 ton kartof götürən fermer bu il həmin rəqəmi 20 tona çatdırmağı qarşısına məqsəd qoyub.
Ramiz Əliyevin də hər il bol kartofu olur. Saratovka kəndi ərazisində kartof əkən fermer hər il əkin sahəsini xeyli genişləndirir. Qeyd edək ki, əvvəlki il 4 hektarda kartof əkən fermer keçən il bu rəqəmi 7 hektara çatdırmışdır. Söhbət zamanı fermer dedi ki, keçən il istehsal etdiyi məhsulun satışında müəyyən problemlər yaşandı. Bu il həmin problemin olmaması üçün indidən danışıqlar aparır. Qərara alıb ki, məhsulun bir hissəsini toxum kimi satsın.
Hazırda Gədəbəydə yaz-tarla işlərinə geniş hazırlıq işləri görülür. Xüsusilə kartofçuluqla məşğul olan fermerlər cari il bol məhsul əldə etmək üçün sahələri əkinə hazırlayır, münbitliyini artırmaq üçün torpağa gübrə verirlər.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
4 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
6 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
-
6 saat əvvəl
"Avant Group" MMC ləğv edilir - "Avant Group" MTK fəaliyyətini davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb






















