PAŞA Holdinqin Baş İcraçı Direktoru Competo şirkəti və onun Umico məhsulundan danışdı
"2018-ci ildə PAŞA Şirkətlər Qrupuna PAŞA Technology, 2020-ci ildə də isə - Competo şirkəti daxil olub. Bu şirkətlərin hər ikisi startap olaraq ərsəyə gəlib və daha sonra keyfiyyətli nəticə göstərməklə özlərini müstəqil şirkət olaraq doğruldublar və hazırda doğruldmaqdadırlar".
Bunu Marja-ya müsahibəsində PAŞA Holdinqin Baş İcraçı Direktoru Cəlal Qasımov bildirib.
Baş İcraçı Direktor qeyd edib ki, sözügedən şirkətlər yeni strateji dövr ərzində PAŞA ekosisteminin inkişafına və şaxələnməsinə ciddi töhfə verəcəklər.
PAŞA Holdinq bu ildən növbəti 3 ili əhatə edən yeni strategiyanın icrasına başlayıb.
"Biz, şirkətlər qrupu olaraq Azərbaycanın və qonşu ölkələrin iqtisadiyyatlarına investisiya etməklə, həm biznes portfelimizi genişləndirmək, həm də bu ölkələrin artan investisiya tələbatını ödəməyə çalışırıq. Fəaliyyətimiz əsasən region ölkələrinin – yəni Azərbaycan, Türkiyə və Gürcüstanın – qeyri-neft sektorunu əhatə edəcək. Bundan əlavə, bizim fəaliyyətimiz Monteneqroda turizm və əmlak sektorunu da əhatə edir", Holdinqin direktoru deyib.
Cəlal Qasımov əlavə edib ki, müxtəlif sahələrdə fəaliyyət göstərən Qrup şirkətləri və partnyorların fərdi və korporativ məhsullarını inteqrasiya edəcək vahid bir orqanizmin (ekosistem) yaradılması nəzərdə tutulur: "Məqsədimiz müştərilərimiz üçün məhsullarımızı vahid nöqtədən istifadə etmək imkanı yaratmaq və onlar üzrə məlumatlarımızı unifikasiya edib müştərilərə daha sərfəli və onların profilinə uyğun təkliflər təqdim etməkdir. Ekosistemimizi zənginləşdirəcək əsas elementlərdən biri kimi biz Competo şirkətini və onun Umico məhsullarını görürük. PAŞA Technology şirkətimiz isə Qrup şirkətlərimizin məlumat bazalarını, eləcə də bu məlumatların təhlükəsizliyini təmin edəcək. Şirkət hazırda yüksək səviyyəli beynəlxalq sertifikatlara layiq görülmüş məlumat mərkəzlərinin idarəsini həyata keçirir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)






.jpg)

