Hər kəsə 1400 dollarlıq çek – ABŞ-ın yeni yardım paketi
İlk ödənişlər elə bu həftə başlamalıdır.ABŞ hökuməti pandemiyadan ziyan çəkən insanlara yardım üçün hər ev təsərrüfatına 1400 dollarlıq yardımların ödənilməsinə hazırlaşır.
Marja xəbər verir ki, ötən həftə Senatda qəbul edilmiş 1.9 trilyon dollarlıq yeni iqtisadi yardım tədbirləri paketinin bu həftə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənəcəyi və Prezident Bayden tərəfindən imzalanacağı gözlənilir. 2020-ci ilin mart-aprelində Tramp administrasiyası dövründə həftələrlə uzanan təsdiq prosesindən fərqli olaraq, Demokratların hakimiyyəti prosesi daha tez yekunlaşdırmaq niyyətindədir.
Həbsdə olan şəxslər, həyat yoldaşları ABŞ vətəndaşları olmayanlar və 2020-ci ildə yaxın qohumları vəfat etmiş şəxslər də bu yardım proqramından faydalana biləcək. Qanun layihəsinə həmçinin hər uşağa görə 3000 dollara qədər vergi güzəşti, yaxud altı yaşı tamam olmamış hər uşaq üçün 3600 dollarlıq yardım paketi də daxildir. ABŞ-ın Daxili Gəlirlər Xidməti bu məbləği aylıq 250-300 dollarlıq hissələrlə dekabr ayına kimi uşaqlı ailələrə ödəyəcəkdir, bu isə adətən gəlirləri toplamaqla məşğul olan qurum üçün yeni – yardımları bölüşdürmək funksiyası deməkdir.
ABŞ Maliyyə Nazirliyinin sözçüsü Bayden administrasiyasının əsas prioritetinin Amerikanlara mümkün qədər sürətli yardım etmək olduğunu vurğulayaraq açıqlamasında qeyd etmişdir: “Maliyyə Nazirliyi Amerikanların Xilas Planı qəbul olunan kimi, onun dərhal icrasına başlamağa hazırdır”.
Müqayisə üçün bildirək ki, ötən il prezident Donald Tramp 2.3 trilyon dollarlıq Koronavirus Yardımı, Kompensasiya və İqtisadi Təhlükəsizlik Aktını (CARES aktı) Konqresdə uzun sürən müzakirələrdən və təsdiqdən sonra martın sonlarında imzalamış, Daxili Gəlirlər Xidməti isə bundan yanız iki həftə sonra ödənişləri etməyə başlamışdı. Tramp 2020-ci ilin sonunda-dekabrın 27-də yeni əlavə 900 milyard dollarlıq stumulaşdırma paketini imzalamış və ödənişlər 2 gün sonra həyata keçirilməyə başlamışdır.
Bayden administrasiyasının təqdim etdiyi yeni Qanun layihəsi koronavirus pandemiyası başlayandan bəri ABŞ-da tətbiq olunan sayca üçüncü iri həcmli iqtisadi yardım və tədbirlər paketidir. Yeni paket əvvəlkilərdən fərqli olaraq uşaqlar üçün vergi güzəştlərini 2000 dollardan 3000 dollara qədər artırır və illik 75 000 dollardan aşağı gəliri olan hər bir valideyn üçün 6 yaşdan 17 yaşa qədər uşaqlara görə bu ödənişləri almaq hüququ verir.
Həmçinin oxu:
"Texnologiya nəhənglərindən 14 milyard dollarlıq sövdələşmələr"
"Asiyanın “mini Amazon”u səhm bazarına çıxır"
"Sənaye nəhəngi biznesinin bir hissəsini satır - 30 MİLYARD DOLLARLIQ SÖVDƏLƏŞMƏ"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 20 d. əvvəl
- 40 d. əvvəl
-
- 47 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib



















