Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Martın 4-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Energetika Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, iclasda İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev İşçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, onların icra vəziyyəti barədə danışıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Vüsal Rüstəmov Elektron Müraciətlərin İdarə Olunması Sisteminin (EMİOS) funksionallığının nəzərdən keçirilməsi məqsədilə aparılmış diaqnostik nəticələrə uyğun olaraq, sistemdə təkmilləşdirmələrin həyata keçirilməsi ilə bağlı müvafiq təklifləri özündə əks etdirən təqdimatla çıxış edib.
İclasda “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərlə bağlı həyata keçirilmiş işlər barədə danışıb. Sonra diaqnostika nəticəsində müəyyən olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı EMİOS-da aparılmış təkmilləşdirmə işlərinə dair təqdimat göstərilib. Həmçinin elektrik təchizatı şəbəkəsinə (ETŞ) qoşulma sahəsində görülmüş işlər barədə məlumatların verilməsi, eləcə də bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi məqsədilə sahibkarlıq subyektləri, ictimai birliklər/biznes assosiasiyaları və hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşlər barədə məlumat verilib.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Emin Abdullayev Planda nəzərdə tutulan tapşırığa uyğun olaraq biznes subyektləri arasında sorğunun keçirilməsi ilə əlaqədar müvafiq işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin nümayəndəsi Vüsal Şıxəliyev isə Fəaliyyət Planının müvafiq bəndləri üzrə görülən işlərə və qarşıda duran vəzifələrə dair fikirlərini bölüşüb.
İclasda EMİOS-un sahibkarlara yaratdığı üstünlüklər barədə təbliğatın genişləndirilməsi, eyni zamanda ETŞ-yə qoşulma ilə bağlı qanunvericiliyə edilə biləcək mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması və bununla əlaqədar işçi qrupunun növbəti iclasında təqdimatın edilməsinə dair qərar qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















