"Manat tam nəzarət altındadır"
"Düzdür Manatın məzənnəsi tələb və təklifdən asılı olaraq dəyişə bilər. Bununla bərabər Manat tam nəzarət altındadır"
"Marja"nın məlumatına görə, bunu "Şəffaflıq və İnkişaf" Maliyyə və İnvestisiya Forumunda (FİF 2017) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirib.
"Fiskal və monetar siyasətin kombinasiyası nəticəsində Manatın sabitliyinə nail olunub. Məzənnədəki volatillik tam nəzarət altına alınıb. Bu o demək deyil ki, Manatın məzənnəsi bir səviyyədə qalacaqdır. Tələb və təklifdən asılı olaraq məzənnə dəyişə bilər. Amma fakt budur ki, Manatın məzənnəsində sabitlik var. Bu Azərbaycan hökumətinin həyata keçirdiyi samballı və əsaslandırılmış siyasətinin nəticəsidir. Qazaxıstan daxil bir çox ölkələr üzən məzənnəyə keçdikdən sonra Azərbaycan kimi qısa dövrdə sabitliyə nail ola bilməmişdilər. Manatın sabitləşməsi biznesə proqnozlaşdırmaq imkanı verir. Məzənnədə sabitləşmə olmasa idi inkişafdan və yeni investisiyalardan söhbət gedə bilməzdi. Həmçinin Manatın sabitləşməsi hökumətin inflyasiyanı nəzarət altına alması ilə, birinci rübdə qeyri neft sektorunun artması ilə nəticələndi".- Vüsal Qasımlı bildirib.
Mərkəzin rəhbəri qeyd edib ki, pul bazasının optimallaşdırılması yeni makro-iqtisadi vəziyyət yaradıb.
Vüsal Qasımlı əlavə edib ki, növbəti hədəf bank sektorunda sabitliyə nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























