Dünya universitetlərinin dərsliyi Azərbaycan dilində nəşr olundu
(®️) Azərbaycan Beynəlxalq Bankı daha bir korporativ sosial məsuliyyət layihəsini cəmiyyətə təqdim edib. Layihə çərçivəsində Massaçusetst Texnologiya İnstitutunun professoru Conatan Qruberin “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Bu, Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır.
Yüksək keyfiyyətlə nəşr olunmuş kitabın nüsxələrini Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə fəaliyyət göstərən bütün universitetlərə, eləcə də mərkəzi kitabxanalara hədiyyə edəcək. Dövlət maliyyəsi və dövlət siyasəti mövzusu ilə maraqlanan hər bir oxucu dərslikdən faydalana biləcək.
Professor Conatan Qruberin adı çəkilən kitabı bu mövzu üzrə ən mükəmməl dərsliklərdən sayılır. Kitabdan dünyanın aparıcı universitetlərində tədris zamanı fundamental mənbə kimi geniş istifadə edilir. Dərslik müasir dövrün reallıqlarına aid dərin təhlillərlə, maraqlı faktlarla zəngindir. Burada öz əksini tapmış nəzəri yanaşmalar, praktik həllər, əsaslı dəlillər dövlət maliyyəsi və dövlət siyasəti ilə bağlı dolğun təsəvvür yaradır.
Azərbaycan Beynəlxalq Bankı kimi böyük biznes qurumunun bu faydalı təşəbbüsü ölkəmizdə dərslik bazasının sürətlə yenilənməsinə, yeni peşəkarlar nəslinin yetişməsinə, beynəlxalq təcrübənin cəmiyyətimiz üçün daha da əlçatan olmasına xidmət edir. Ana dilimizdə bu cür faydalı resursların formalaşdırılması qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı işinə də əhəmiyyətli dəstəkdir.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Azərbaycan Beynəlxalq Bankı müasir dövlət bankı olaraq dövlətimizin həyata keçirdiyi sosial layihələrdə, iqtisadiyyata dəstək tədbirlərində yaxından iştirak edir. Cəmiyyətimizdə dövlət maliyyəsi üzrə bilik səviyyəsinin genişlənməsi sosial-iqtisadi transformasiya proseslərinin öz məqsədinə çatması baxımından son dərəcə faydalıdır. Ona görə biz də məhz bu fundamental dərsliyin tərcümə və nəşrinə qərar verdik. Ümid edirik ki, bu kitab universitetlərimizdə müasir tələblərə uyğun kadr hazırlığı işinə, elm və təhsilin inkişafına kömək göstərəcək. Eləcə də sosial-iqtisadi həyatın iştirakçıları arasında münasibətlərin tənzimlənməsinə fayda verəcək. Azərbaycan Beynəlxalq Bankı belə layihələri bundan sonra da davam etdirmək niyyətindədir”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
18 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
31 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb







.jpg)



















.jpg)
