Hazırda 4 və 5 ulduzlu region otellərində istirahət qiymətləri - 70 MANAT...
Koronavirus pandemiyası dövründə və turizm mövsümünün olmadığı bir vaxtda region otellərində istirahət qiymətləri ilə maraqlandıq.
"GREENWICH Travel Club"dan Marja-ya verilən məlumata görə, hazırda regionlardakı 4 və 5 ulduzlu otellərdə 1 gecəlik ikinəfərlik otaqda qalma qiymətləri 70-118 manat civarındadır.
Şəkidə yerləşən 5 ulduzulu "Marxal Resort & SPA"da 1 gecəlik ikinəfərlik standard otaqda qalmaq qiyməti 118 manatdır. Qiymətə səhər yeməyi daxildir.
Nabranda yerləşən 5 ulduzulu "River İnn Hotel"də 1 gecəlik ikinəfərlik standard otaqda qalmaq qiyməti 118 manatdır. Qiymətə səhər yeməyi, SPA (Türk hamamı, hovuz) xidmətlər daxildir.
Mingəçevirdə yerləşən 4 ulduzlu "Ağsaray Deluxe & SPA Hotel"də 1 gecəlik ikinəfərlik delüks otaq 108 manatdır. Qiymətə səhər yeməyi daxildir.
Astarada yerləşən 4 ulduzlu "Maricel Astara Resort"da həftə içi 1 gecəlik ikinəfərlik otaq 70 manat, həftə sonu isə 80 manatdır. Qiymətə səhər yeməyi daxildir.
İsmayıllıda yerləşən 4 ulduzlu "Talıstan Forest Park"da 1 gecəlik ikinəfərlik bir yataqlı kotecdə qalmaq 80 manatdır. Səhər yeməyi yerində qonaq tərəfindən alınır.
Qiymətlər fevral və 10 marta qədər qüvvədədir (8 mart istisna). Otellər sanitar və epidemioloji cəhətdən təhlükəsizliyi qoruyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























