Hər gün 1,5 milyon ədəd istehsal edir, sifarişləri çatdıra bilmir
Türkiyə Gaziantepdə sahibkar Hikmet Akay, koronavirus müddətində yaranan tələbi görərək qurduğu müəssisədə bir dəfə istifadə edilən karton stəkan istehsal etməyə başlayıb.
Marja xəbər verir ki, hər ay istehsalı 100% artan və hazırda gündə təxminən 1,5 milyon birdəfəlik karton stəkan istehsal etdiklərini bildirən Akay, məhsulların 80%-ini Orta Şərq ölkələrinə ixrac etdiklərini deyib.
Bütün dünyanı təsiri altına alan koronavirus epidemiyası ilə əlaqədar olaraq gigiyena vəsaitlərilə bərabər birdəfəlik məhsullara da tələb artıb.
Karton stəkan istehsalı edən Hikmət Akay, tələbləri qarşılamaq üçün gərgin işlədiklərini bildirib.
Akay əl dəymədən avtomatik sistem ilə məhsul istehsal etdiklərini söyləyib.
Akay, "Hazırda pandemiya dövründəyik. Bu müddətdə insanların ehtiyacı nədir deyə düşündüyümüzdə bu sahədəki ehtiyacı gördük",- deyib.
Karton stəkan istehsalının insan sağlamlığı üçün əhəmiyyətini vurğulayan Akay, pandemiya müddətində sağlamlığını düşünən hər kəsin karton stəkan istehlakına diqqət göstərməsi lazım olduğunu dilə gətirib.
Akay, "Karton stəkan bir dəfə istifadə edildiyi üçün evlərdə, iş yerlərində karton stəkana keçilib",- deyib.
Sahibkar, ikiqat artan tələbə görə istehsal gücünün artırılmasına da ehtiyac olduğunu bildirib. "Biz hazırda gündəlik 1 milyon 425 ədəd istehsal edib, gələn sifarişlərə çatdıra bilmirik".
Karton stəkanlarımızın xam maddəsi Cənubi Koreya və Hindistandan gətirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 4 saat əvvəl
-
4 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq



















