Naringi, portağal qurtardıqdan sonra yetişir - Lənkəranda yığımı davam edir
Bir neçə il əvvəl cənub bölgəsində əkininə başlanan sitrus meyvəsi olan hallabonqun yığımına start verilib. Portoğal və naringinin hibridi olan bu sitrus meyvəsi görünüşü, dadı, ətri və məhsuldarlığına görə digər sitrus meyvələrindən fərqlənir.
Cənubi Koreyadan gətirilmiş hollabonq meyvəsi Lənkəranda artıq 5 ildir yetişdirilir. İkinci ildən məhsul verməyə başlayan meyvə qış fəslində dərilir. İlk dəfə Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən tinglərdən ürəkaçan nəticə əldə olunduğundan meyvə bağları ilbəil genişləndirilərək 78 hektara çatdırılıb. Hazırda bağlarda meyvə yığılır.
Təsərrüfatın baş nəzarətçisi Rahab Əmirli ilə söhbət zamanı deyib ki, Vel kəndi ərazisində isə 5 hektar sahədə bağ salınıb: “Hazırda bağda meyvə dəririk. Bu günə kimi isə 10 tona yaxın hallabonq yığmışıq. Digər bağlarla birlikdə 40-50 ton məhsul toplamağı nəzərdə tuturuq”.
Xoş ətrə, dada malik hallabonqdan qənnadı, kosmetika, ətriyyat sahələrində geniş istifadə olunur. Hər birinin çəkisi 350-400, bəzən 500 qram olan meyvənin qiyməti irili-xırdalığından asılı olaraq kiloqramı 2 manat-2 manat 50 qəpik arasında dəyişir. Bağlarda naringi, portağal qurtardıqdan xeyli sonra, yəni bazarlarda sitrus meyvələrinə ehtiyac olan dövrdə yetişir. Digər üstünlüyü isə zərərvericilərə və şaxtaya dözümlü olmasıdır.
Aqronom Xaliq Talıbovun sözlərinə görə, bu meyvə yanvarın sonu, fevralın əvvəli tam yetişir. “3-4 dərəcə şaxtaya dözümlüdür, çox sağlam meyvədir. Bu gecə də şaxta olub, görürsünüz, heç bir ziyan vurmayıb. Hallabonqun üstünlüyü xəstəliklər və zərərvericilərə qarşı çox davamlı olmasıdır. Ağaclara vaxtında qulluq göstərilir. Bunun üçün meyvə bağlarımızda məhsuldarlıq boldur”, - deyə o qeyd edib.
İl boyu böyük zəhmət və qulluq tələb edən hallabonq bağlarında 100-150 nəfər işçi çalışır. Bu da ərazidə və ətraf kəndlərdə yaşayan əhalinin məşğulluğunun təmini baxımından əhəmiyyətlidir. Hazırda Lənkəranın Sütəmurdov, Şürük, Vel, Siyavar, Tükəvilə kəndlərində yetişdirilən hallabonq bağlarının daha da genişləndirilməsi nəzərdə tutulub.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























