"Rusiya gömrük-keçid məntəqəsinin yük maşınlarının keçidini təmin etməyə imkanı çatmır" - AÇIQLAMA
“Samur” gömrük postu gücləndirilmiş iş rejiminə keçib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur. Buna səbəb isə mövsümlə əlaqədar ölkəmizdən keçən tranzit yük nəqliyyat vasitələrinin sayının artmasıdır.
Qeyd edək ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-dək yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, yanvarın 29-da 214, yanvarın 30-da 203, yanvarın 31-də 232 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb. Bu gömrük postu vasitəsilə gündəlik həm ixrac, həm də idxal nəzarət xətləri üzrə 500, yəni ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə mütəmadi olaraq müzakirələr aparır və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq artıq Dövlət Gömrük Komitəsi bu istiqamətdə də müvafiq işlərə başlayıb. Tikinti işləri başa çatdıqdan sonra isə şimal istiqamətində yerləşən gömrük postlarındakı intensivlik tamamilə aradan qaldırılacaq.
Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Görülən tədbirlər nəticəsində yaxın günlərdə sıxlıqlar tamamilə aradan qaldırılacaq.
“Gömrük orqanlarının sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətindəki səylərinə baxmayaraq, öz ənənələrinə sadiq qalan bəzi dırnaqarası media qurumlarının və sosial şəbəkə istifadəçilərinin gömrük postunda yaranan sıxlıqları gömrük orqanlarının fəaliyyətsizlikləri ilə əlaqələndirməsi isə sadəcə, təəssüf doğurur”, - komitənin məlumatında qeyd olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
17 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb


























