"Bakcell"in gəlirləri və xalis mənfəəti artıb
"Bakcell" MMC 2019-cu ildə 35 milyon 890 min manat xalis mənfəət əldə edib.
Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci illə müqayisədə 42,4 % çoxdur.
2019-cu ildə "Bakcell" ümumi gəlirləri 363 milyon 359 min manat olub ki, bu da 2018-ci ilə nisbətən 8 % çoxdur. Ümumi gəlirlərin 349 milyon 720 min manatı əsas gəlirlərin, 13 milyon 639 min manatı isə digər gəlirlərin payına düşüb. Bunlar isə müvafiq olaraq 5,2 % və 8,1 dəfə artım deməkdir.
Hesabat dövründə “Bakcell”in ümumi xərcləri isə 317 milyon 469 min manat təşkil edib. Bu da illik müqayisədə 5,1 % çoxdur.
2019-cu ildə mobil operator əməliyyat xərclərinə 228 milyon 477 min manat (2018-ci illə müqayisədə 9,6 % çox), əməkhaqqı, sosial müdafiə və imtiyazlara 59 milyon 195 min manat (7,6 % çox), kapital təchizatçılarına 14 milyon 208 min manat (18,1 % çox), investisiya qoyuluşuna 4 milyon 661 min manat (9,65 % çox), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ödənişlərə 2 milyon 297 min manat (24,2 % çox) yönəldib, 16 milyon 407 min manat (10,7 % az) vergi ödəyib, 7 milyon776 min manat verginin ödənilməsini isə təxirə salıb (əvvəlki il təxirəsalma olmayıb).
Xatırladaq ki, "Bakcell" 1996-cı ildə yaradılıb, Azərbaycanın ilk mobil operatorudur. Onun nizamnamə kapitalı 9 milyon 908 min manatdır. Şirkətin təsisçisi daxil olduğu "Neqsol Holdinq" MMC-dir.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 32 d. əvvəl
- 46 d. əvvəl
-
-
53 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib


























