Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət Azercell oldu!
Lider mobil operator İnsana Sərmayə Standartı üzrə MDB-də ilk Platin sertifikata layiq görüldü(®️) Ölkənin ən qabaqcıl mobil rabitə təminatçısı “Azercell Telekom”-un həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyəti uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, eləcə də, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının əsas 9 fəaliyyət göstəricisi üzrə dəyərləndirilərək bu dəfə ən yüksək pillə hesab edilən PLATİN sertifikatına layiq görüldü. “İnsana Sərmayə” standartı şirkət perfomansının inkişafı, işçilərin müasir inkişaf imkanları ilə təmin edilməsi, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi, işçi potensialına fokuslanan effektiv idarəetmə kimi prinsipləri ölçür və daha da inkişaf etdirməyə təşviq edir. Azercell ölkəmizdə Platin sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında da belə bir uğura imza atan yeganə şirkətidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı adıçəkilən akkreditasiya mərkəzinin ən yüksək dəyərləndirmə səviyyəsidir və hal-hazırda dünyada fəaliyyət göstərən şirkətlərin yalnız 2% bu statusa layiq görülüb.
“Azercell Telekom” yarandığı ilk gündən etibarən həm bütövlükdə korporativ idarəetmə sahəsində, həm də İnsan Kapitalının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər,prosedurlar və mövcud idarəçilik sistemi ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə həmin Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş, 2018-ci ildə isə Qızıl Sertifikata layiq görülüb. Ötən il keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini beynəlxalq səviyyədə bir daha sübut edərək, Platin Sertifikatına layiq görüldü. Onu da vurğulayaq ki, 1996-2020-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 25,886,353 ABŞ dolları həcmində sərmayə yatırılıb.
Qeyd edək ki, İnsan Resurslarının İdarə Edilməsi üzrə “Investors in People” Sandart ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 30 illik fəaliyyəti nəticəsində dünya üzrə 66 ölkə və 50.000-dən çox təşkilatı əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















