Azərbaycanda mehmanxanalarında gecələmələrin sayı 3 dəfədən çox azalıb
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam etmişdir. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınmış, 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olmuşdur.
Bu barədə Marja-ya Dövlət Statistika Komitəsindən bildirilib.
2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,5 faizi Qusarda, 4,1 faizi Qubada, 3,2 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 2,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi Şabranda, 1,2 faizi Mingəçevirdə, hər birində 0,9 faiz olmaqla Gəncə, Xaçmaz, Qax və Şamaxıda, hər birində 0,7 faiz olmaqla Masallı və Zaqatalada, 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edir. Gecələmələrin 14,4 faizi Rusiya Federasiyası, 9,2 faizi Səudiyyə Ərəbistanı, 9,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,7 faizi Türkiyə, 6,5 faizi Böyük Britaniya, 5,6 faizi Hindistan, 4,1 faizi Küveyt, 3,5 faizi İsrail, 2,8 faizi İran, 2,3 faizi ABŞ, 2,0 faizi İtaliya, 1,9 faizi Almaniya, 1,7 faizi Qətər, 1,4 faizi İraq,1,4 faizi Qazaxıstan, 1,3 faizi Pakistan, 1,3 faizi Ukrayna, 1,1 faizi Belarus, 0,9 faizi Gürcüstan, 20,7 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür. Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel-dekabr aylarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər etmişlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,0 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,8 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi Qubada, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 1,9 dəfə azalaraq 583,1 min olmuşdur.
2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olmuşdur ki, onun da 60,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29,0 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5 faiz səviyyəsində olmuşdur (2019-cu ildə 22,1 faiz). Bu göstərici Beyləqanda 23,0 faiz, Şabranda 15,5 faiz, Naftalanda 13,7 faiz, Qəbələdə 11,2 faiz, Bakıda 9,6 faiz, Göyçayda 9,6 faiz, Şəmkirdə 9,1 faiz, Qubada 8,8 faiz, Biləsuvarda 8,5 faiz, Lənkəranda 8,3 faiz, Qusarda 7,9 faiz, Sabirabadda 7,3 faiz, Kürdəmirdə 7,0 faiz, Şirvanda 6,7 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
9 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
10 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























