E-Pul.az 2020-ci ilin nəticələrini və 2021-ci il üzrə planlarını açıqladı!
E-Pul.az ödəniş platformasından istifadə edənlərin sayı 52% artaraq 400 mini keçib.(®️) Yola saldığımız 2020-ci il bütün dünya və eləcə də ölkəmiz üçün çətin bir il oldu. Eyni zamanda Zəfər tariximizdə yeni səhifə yazılan il kimi də yadda qaldı. Belə bir təzadlı dövrdə E-Pul.az daha məhsuldar, daha məsuliyyətlə çalışaraq, xalqımızın, dövlətimizin yanında olmuşdur.
E-Pul.az platformasının 2019-cu illə müqayisədə 2020-ci ildə tranzaksiya sayı 63%-dən çox, ümumi dövriyyə məbləği 18% artmışdır.
İstifadəçi sayında isə 2019-cu illə müqayisədə 52% artaraq 400 mindən çox olmuşdur.
Xidmətlərini aim dövrün tələblərinə uyğun tənzimləyən E-Pul.az 2020-ci ildə xidmət sahələrini artırmaqla bərabər, yeni funksiyaları aktiv edərək xalqımızın yanında olmaqla, çətin vəziyyətdən şərəflə çıxmışdır. Əhalinin sağlamlığının təmin olunmasına yardım edərək, təmassız, onlayn xidmətlərini daha da təkmilləşdirmişdir. Pandemiya dövründə yüksək səviyyəli xidməti təmin etməklə bərabər, bir neçə stimullaşdırıcı kampaniyaları aktiv edərək, istifadəçilərinin qazanmasına və yüksək əhval ruhiyyənin formalaşmasına vəsilə olmuşdur.
Sistemə 2020-ci ildə əlavə edilən YDM xidməti çox tələbat olan sevislərdən biridir. QR kod ilə ödənişlərin E-Pul.az vasitəsi ilə təqdimi zamanın tələbi olmaqla bərabər, istifadəçilərə stimullaşdırıcı kampaniyaların iştirakçısı olmağa da münbit şərait yaradır.
Lukol, SOCAR, Visa, PAŞA Bank və digər şirkətlərlə birgə icra olunan proyektlər istifadəçilər tərəfindən xüsusi rəğbətlə qarşılanır.
E-Pul.az Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20.000 AZN vəsait köçürməklə bərabər, eyni zamanda sistemdə Koronavirusla Mübarizəyə Dəstək Fondu, Silahlı Qüvvələrə Yardım Fondu, Yaşat Fondu ödənişləri aktiv olundu.
Bazarın tələblərinə cavab verərən E-Pul platformasında Bonus mağazası Marketplace kimi fəaliyyət göstərməyə başladı. Şirkətlər mallarını / xidmətlərini BONUSSTORE platformasına əsaslanan E-Pul bazarında öz mağazalarını yaradaraq təklif edə bildilər. Beləliklə, E-Pul ödəmə platforması, müəssisələrə satış üçün 400.000 aktiv istifadəçi və aylıq 3.000.000 trafiki olan hazır bir müştəri bazası təklif edir. Bundan əlavə, Marketplace platforması alıcı üçün ölkədə ən çox sayda ödəmə üsulunu təklif edir. Bu proyekt pandemiya şəraitində sabitliyin və xidmət sahələrinin inkişafının qorunması üçün xüsusi əhəmiyyət kəsb edir. Mövcud iqtisadi reallıqlar nəzərə alınaraq bu həll sənayeni dəstəkləmək baxımından çox aktualdır.
Artıq tarixin bir səhifəsinə çevrilən 2020-ci il 30 illik həsrətimizin sona çatması və Müzəffər Azərbaycan Ordusunun qalibiyyəti ilə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. E-Pul.az da 2020-ci ili yeni uğurları, maraqlı layihələri, yeni xidmətləri, yeni funksiyaların aktivləşməsi, texniki yenilənmələr, daha mükəmməl və rahat xidmətin tənzimlənməsi və ən önəmlisi istifadəçi məmnunluğu ilə yola saldı.
İstifadəçilərinin arzu və istəklərinə əsaslanaraq və texniki bazasına söykənərək, daha yeni uğurlara, ilklərə imza atmaq əzmində olan E-Pul.az komandasının 2021-ci il üçün olan əsas məqsədi, bazar payını artırması, Marketplace layihəsini inkişaf etməsi, ölkə xarici pul köçürmələrin aktiv edilməsi, bank xidmətlərin satışı və rəqamsal kartın istifadəyə verilməsidir.
E-Pul.az-ın yaradıcısı olan “Paysis” MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal, mobil, sığorta, bank, internet və digər ödənişləri, eləcə də müxtəlif məhsulların alışını təmin edir.
E-Pul mobil tətbiqindən yararlanmaq üçün aşağıdakı linklərə daxil olun:
• Web: https://e-pul.az/epay/home
• Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
• IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























