“6500-dən artıq saxta əlillik işi ləğv edilib”
“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, pensiya məbləğlərinin qanunvericiliyə uyğunlaşdırılması, digər tərəfdən isə əlilliyə görə pensiya məsələlərində hüququn yaranıb-yaranmaması məsələsi yoxlanılır”.
Bunu müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində 6500-dən artıq saxta əlillik işi aşkar olunaraq ləğv edilib: “Bu işlərin illik maliyyə yükü 30 milyon manatdır. Aktuar hesablamalara əsasən müəyyən edirik ki, əgər bu ödənişlər saxlanılmasaydı, dövlət büdcəsinə təxminən 735 milyon manat həcmində əsassız şəkildə ziyan vurulmuş olacaqdı. Bu tədbirlər davam etdirilir. 2018-ci ildə pensiyanın nominal məbləğində 26 milyon manat, 2019-cu ildə 103 milyon manat, 2020-ci ildə 113 milyon manat həcmində təmizləmə aparılıb.
Əgər bu rəqəmlərə müvafiq illər üzrə indeksasiya əmsallarını da tətbiq etmiş olsaq, o zaman pensiyanın nominal məbləği üzrə ümumilikdə təmizləmənin 270 milyon manatdan artıq olduğunu görərik. Bununla da həm gəlirlərin müsbət dinamikası, həm xərclərdə aparılan optimallaşdırma işləri 2019-cu ildə 320 milyon manat vəsaitin, 2020-ci ildə isə 250 milyon manat vəsaitin dövlət büdcəsinə qaytarılmasına şərait yaradıb”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 17 d. əvvəl
- 29 d. əvvəl
- 35 d. əvvəl
-
38 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 45 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb
















.jpg)






