Fındıq bağları üçün birdəfəlik əkin subsidiyası kimlərə veriləcək?
Birdəfəlik əkin subsidiyası ödənilməsi üçün yeni intensiv fındıq bağlarının torpaq kateqoriyası nəzərə alınacaq.
Kənd Təsərrüfatı Nazirliyindən Marja-ya verilən məlumata görə, 2021-ci ildə intensiv üsulla saldığı fındıq bağının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası almaq istəyən fermerlər bağın meşə fondunun boş torpaqlarında, yaxud da dağlıq/dağətəyi zonalarda yerləşməsinə diqqət yetirməlidirlər.
Birinci halda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən kateqoriyası meşə fondu olan torpaqlar birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq.
Dağlıq/dağətəyi zonalarda salınacaq fındıq bağlarına isə təqdim edilən istifadə hüququna dair torpaq sənədində torpağın kateqoriyası kənd təsərrüfatı, məqsədli təyinatı (uqodiyası) əkin, çoxillik əkmə və ya dinc olan müraciətlər birdəfəlik əkin subsidiyasında nəzərə alınacaq. Torpaq dəniz səviyyəsindən 200-1500 m hündürlükdə yerləşməlidir.
Birdəfəlik əkin subsidiyası üçün fermerlər 1 fevral – 31 may tarixləri aralığında müraciət edə bilərlər. Bağ salacaq fermer əkin subsidiyasına edilən müraciət qaydasında istifadə hüququna dair torpaq sənədi ilə EKTİS-də qeydiyyatdan keçməlidir. Fermerin ərazisinin koordinatları bəyan zamanı EKTİS-ə daxil ediləcək və CİS (coğrafi informasiya sistemi) vasitəsilə monitorinqi aparılacaq. Birdəfəlik əkin subsidiyasını ala bilmək üçün əsas şərt bağın 2021-ci ildə salınmış, monitorinq dövründə tinglərin intensiv bağ qaydalarına uyğun əkilmiş və damcı suvarma sisteminin qurulmuş olmasıdır. Bu şərtlərə sahib olmayan fındıq bağları tək əkin subsidiyası ala biləcək. Qeyd edək ki, Aqrar Subsidiya Şurasının 2019-cu il qərarı ilə intensiv üsulla salınmış fındıq bağlarının hər hektarına ilk 4 il ərzində 400 manat verilməsi nəzərdə tutulmuşdu. 4 ildən sonra isə bağların hər hektarına görə bağ sahibi 240 manat subsidiya alacaq. 2021-ci ildən etibarən intensiv bağlarda bağ sahibinə ilk 4 il ərzində hər hektara 700 manat əkin subsidiyası, sonrakı illərdə və ənənəvi bağlara isə 240 manat əkin subsidiyası ödəniləcək.
Birdəfəlik subsidiya məbləği müraciət təsdiqləndikdən sonra Fermer Kartı-na köçürüləcək. Vəsaitin 75%-i həmin bağların salınması üçün tinglərin alınmasına, gübrə və pestisidə xərclənə biləcək və ya bu istiqamətdə əvvəlcədən alınan borclara yönləndiriləcək. Vəsaitin bağların salınması üçün istifadə edilən suvarma sisteminin qurulmasına və kredit borclarına yönləndirilməsi mümkün olacaq. Vəsaitin 25%i isə fermer tərəfindən nağdlaşdırılaraq bağların salınması üçün digər xərclərə (aqrotexniki xidmət və s.) istifadə oluna bilər.
Xatırladaq ki, ötən ildən etibarən, fermerlər subsidiya üçün Elektron Kənd Təsərrüfatatı İnformasiya Sistemi üzərindən onlayn müraciət edir və subsidiyalar “Fermer Kartı”na ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
1 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə

























