Bakıdakı "qara bazar"lardan biri ifşa edildi - HƏBS EDİLDİLƏR
Bakıda qanunsuz valyuta mübadiləsi həyata keçirən şəxslər tutulubBaş Prokurorluğun Mətbuat Xidmətindən Marja-ya verilən məlumata görə, Nuhiyev Qalib Pirməmməd oğlunun qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.1 (xeyli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Qalib Nuhiyevin 2019-cu ilin dekabr ayından etibarən Xudaverdiyev Eltac Həsən oğlundan icarəyə götürdüyü Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 110 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qanunvericiliyin tələblərini pozaraq Eltac Xudaverdiyevlə birgə müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əskinaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olmalarına və bu yolla 60 min manat məbləğində gəlir əldə etmələrinə əsaslı şübhələr yaranmışdır.
Bununla əlaqədar, məhkəmə qərarı əsasında valyuta dəyişmə məntəqəsinə texniki vasitələrdən istifadə etməklə həyata keçirilmiş baxış zamanı külli miqdarda müxtəlif məbləğlərdə yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərləri və kompüterlər aşkar edilərək götürülmüşdür.
10 yanvar 2021-ci il tarixdə Qalib Nuhiyev və Elçin Xudaverdiyev şübhəli şəxs qismində tutulmuşlar.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Həmçinin oxu
Azərbaycanda "qara bazar" Dolları bahalaşdırırMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 13 d. əvvəl
-
16 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
47 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
48 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 56 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir




























