BNA sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlara xəbərdarlıq etdi
BNA əsassız qiymət artımına yol verilməməsi ilə bağlı daşıyıcılara xəbərdarlıq edibBakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.
BNA-dan verilən məlumata görə, görüşdə dizel yanacağının qiymətinin tənzimlənməsi, son 5 ildə sərnişindaşıma sahəsində görülən işlər və nəzərdə tutulan məsələlər müzakirə olunub.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli xatırladıb ki, vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir. Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkının 40 %-i yenilənib.
İdarə Heyətinin sədri dizel yanacağının qiymət artımı ilə bağlı məsələlərə toxunaraq bildirib ki, bununla əlaqədar daşıyıcılara müəyyən dəstək tədbirləri nəzərdə tutulub. Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq təhlillər aparılır. Dəstək tədbirlərinin göstərilməsi bir daha dövlətin həm sahibkarlıq subyektlərinin, həm də gündəlik ictimai nəqliyyatdan istifadə edən əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinin qorunmasına verdiyi önəmi göstərir. Daşıyıcılara sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub.
Görüşdə problemlər və qarşıda duran vəzifələrə də toxunulub. Qeyd olunub ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.
Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Bildirilib ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.
İdarə Heyətinin sədri gündəlik olaraq avtobusların qarajlardan çıxışına nəzarətin gücləndirilməsi, resyqabağı texniki və tibbi müayinə ilə bağlı monitorinqlərin aparılmasına dair tapşırıqlar verib.
Görüşdə pandemiya dövründə sərnişindaşımaların təşkilinə dair məsələlər də müzakirə olunub. Bildirilib ki, əhalinin xüsusi ilə həyat əhəmiyyətli sahələrdə çalışanların ictimai nəqliyyat tələbatını qarşılamaq üçün müntəzəm və ekspres xətlər üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunub. Davamlı əks-epidemik tədbirlər sayəsində sürücülər, dispetçerlər və qarajlarda çalışan texniki personal arasında kütləvi yoluxma halları müşahidə olunmayıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
11 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 13 saat əvvəl
-
13 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək





























