Dövlət Neft Fondunun investisiya alətlərində gəlirliliyin 1% ətrafında olması gözlənilir
“Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 2021-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 446,9 milyon ABŞ dolları və ya 759 milyon 717,1 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2 milyard 866,2 milyon, 2020-ci ilin gözlənilən icra göstəricisindən 798,3 milyon manat və ya 51,2 % azdır. 2021-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,09% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2020-ci ilin proqnoz göstəricisindən (0,53% faiz) 0,56% çox, cari ilin 9 aylıq icra göstəricisindən (0.56%) isə 0.53% çoxdur”.
Marja xəbər verir ki, bu, Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Rəydə qeyd edilib ki, Fondun yerləşdirdiyi investisiya alətlərində gəlirliliyin 1% ətrafında olması dünya maliyyə bazarlarında borc öhdəlikləri və pul bazarları portfelinin gəlirliliyinin 2021-ci ildə cari ilə nisbətən daha aşağı olmasının gözlənilməsi ilə izah oluna bilər:
“Buna səbəb, koronavirus pandemiyansının qlobal iqtisadiyyata təsiri və ölkələrin iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən yumşaq monetar siyasəti çərçivəsində əksər ölkələrin mərkəzi bankları faiz dərəcələrini cari il ərzində aşağı salması və maliyyə bazarlarında müşahidə olunan qeyri-müəyyənlikləri qeyd etmək olar. Nəticədə, daha aşağı risk və daha yüksək likvidlik dərəcəsi ilə səciyyələnən istiqrazlara tələbat artaraq yüksək investisiya dərəcəli sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik səviyyələri daha da aşağı düşür. Eyni zamanda 2020-ci ilin birinci rübü ərzində pandemiya fonunda dünya iqtisadiyyatında baş verən proseslər qlobal səhm indekslərinin dəyərində kəskin azalma ilə nəticələnmişdir. Aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələrin virusun qarşısının alınmasındakı nailiyyətləri fonunda qlobal səhm indekslərinin dəyərində yenidən artım müşahidə olunmuşdur. Buna baxmayaraq, səhm bazarlarında davam edən qeyrimüəyyənliklər, eyni zamanda müşahidə olunan yüksək qiymət dəyişkənliyi dərəcəsini də nəzərə alaraq, 2021-ci il ərzində gəlirliliyin 2% civarında olacağı proqnozlaşdırılır”.
Qeyd edilib ki, Fondun aktivlərinin 2020-ci ilin 9 ayı ərzində büdcədənkənar gəlirlər nəzərə alınmadan əhəmiyyətli dərəcədə azalması, vəsaitlərin idarəedilməsi ilə bağlı gəlirliyin 6 ayın yekunlarına görə -0,18% səviyyəsində, 9 ayın yekunlarına görə isə 0,56% həddində olması, ilin sonuna vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlər üzrə əhəmiyyətli dəyişikliyin olması ehtimalını artırır.
2021-ci il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisi 65%, Avroda 20%, İngilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır. 2020-ci il üzrə Dövlət Neft Fondunun büdcəsində nəzərdə tutulan xərclərin gözlənilən icrasını nəzərə almaqla, habelə 2020-ci ilin sonuna büdcədənkənar gəlir və xərclərin dəyişkənliyini və neftin qiymətinin dəyişməsinin ilin sonuna Fondun aktivlərinə təsirini nəzərə alaraq 2020-ci ilin sonuna Fondun aktivlərinin həcmi 42 577,2 milyon ABŞ dolları götürülmüşdür. 2021-ci il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 1,09% proqnozlaşdırılmışdır ki, bu da Fondun investisiya portfelinin bütün alt portfellərinin gəlirliliklərinin cəmi kimi müəyyən edilir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 saat sonra
-
-
7 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
8 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
8 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















